Azərbaycanda plüralizmin təmin edilməsi hər sferada uğurla həyata keçirilməkdədir

Azərbaycan müstəqil, demokratik bir ölkə olaraq bütün demokratik norma və prinsiplərə əməl edir, bu prinsipləri özünün gündəlik həyatında tətbiq edir. Məlumdur ki, demokratik prinsiplərin basilica göstəricilərindən biri də plüralizmdir ki, öz növbəsində plüralizmin də bütün elementləri, siyasi, mədəni və dini elementləri Azərbaycanda ən yüksək səviyyədə təmin olunur.

Savalan Məmmədli: "Ölkədə hər cür düşüncə sahibi, inanc sahibi insanlar heç bir təzyiq görmədən yaşaya, fikirlərini müxtəlif formalarda ifadə edə bilirlər"

Azərbaycan müstəqil, demokratik bir ölkə olaraq bütün demokratik norma və prinsiplərə əməl edir, bu prinsipləri özünün gündəlik həyatında tətbiq edir. Məlumdur ki, demokratik prinsiplərin basilica göstəricilərindən biri də plüralizmdir ki, öz növbəsində plüralizmin də bütün elementləri, siyasi, mədəni və dini elementləri Azərbaycanda ən yüksək səviyyədə təmin olunur. Bunu təkcə biz yox, eləcə də beynəlxalq təşkilat və qurumların təmsilçiləri açıq şəkildə etiraf edirlər. Haqlı olaraq Azəbaycanda mövcud olan pluralism dünyaya nümunə olaraq göstərilir. Eləensonxeber.az saytının baş redaktoru Savalan Məmmədli də bu qənaətdədir. O, "OLAYLAR"-a verdiyi müsahibədə qeyd edilən istiqamətdə Azərbaycanda mövcud olan vəziyyətdən danışıb.

-Savalan bəy, bir qayda olaraq demokratik cəmiyyətlərin əsas göstəricilərindən biri də ölkədə plüralizmin təmin olunmasıdır. Bu baxımdan Azərbaycanda dini plüralizmin durumunu necə dəyərləndirərdiniz və bu necə təmin edilir?

-Azərbaycanda plüralizmin təmin edilməsi, fikrimcə, hər sferada uğurla həyata keçirilməkdədir. Ölkədə hər cür düşüncə sahibi, inanc sahibi insanlar heç bir təzyiq görmədən yaşaya bilir, fikirlərini müxtəlif formalarda ifadə edə bilir, hətta hansısa fikri mübarizə üçün addımlar da ata bilirlər. Eyni zamanda, mənim fikrimcə, Azərbaycanda dini plüralizmin dünya ölkələrinə örnək təşkil edə biləcək səviyyədə gözəl təmin edilir. Mən özüm inanclı bir şəxs olaraq ölkədə dinimi rahatlıqla yaşayıram, ibadətlərimi yerinə yetirirəm, ibadətlərimi yerinə yetirməkdə heç bir maneə ilə rastlaşmıram. Bu, ölkədə olan bütün müsəlmanlar üçün bu cürdür. Həm də sadəcə müsəlmanlar üçün deyil, eyni zamanda, digər dinə mənsub insanlar üçün də eyni şəraitin yaradıldığını görürük. Ölkədə xristianların da, musəvilərin də ibadətlərini yerinə yetirə bilmələri üçün Azərbaycan dövləti tərəfindən inşa edilən, yaxud tarixən mövcud olub dövlətimiz tərəfindən qorunub saxlanılan ibadətxanalar mövcuddur. Vaxtı ilə ümumilli liderimiz Heydər Əliyev tərəfindən dini plüralizmin təmin edilməsi istiqamətində əsası qoyulan bu uğurlu dövlət siyasətini cənab prezident İlham Əliyev də uğurla davam etdirməkdədir. Bu sahədə xeyli sərəncamlar, fərmanlar imzalanmış, ölkədə dini plüralizmin daimi olaraq yaxşılaşdırılması üçün addımlar atılmışdır. Ölkə başçısının və dövlətimizin bu istiqamətdə sərgilədiyi siyasət, həqiqətən, də, örnəkdir, təqdirəlayiqdir.

-Azərbaycanda dini plüralizmin təmin olunduğunu hansı faktlarla əsaslandırmaq olar?

- Azərbaycanda dini plüralizmin təmin edildiyini əsaslandırmaq üçün fakt axtarmağa ehtiyac yoxdur. Ölkədəki dini sferaya göz gəzdirmək hər şeyi açıqlayır. Dünyanın, demək olar ki, bütün İslam ölkələrində məzhəb ayrıseçkiliyindən qaynaqlanan çaxnaşmaların hökm sördüyü, fərqli dinə mənsub insanların münaqişələr içində yaşadığı mənzərəni hamımız hər gün televiziya xəbərlərindən görürük. Nəinki fərqli dinlərin yola getməsi, heç eyni dinə mənsub insanlar belə bir çox ölkələrdə bir-biri ilə yola gedib yaşaya bilmirlər, daimi şəkildə dini müstəvidə münaqişələr müşahidə edilir. Lakin Azərbaycanda bütün dinə mənsub nümayəndələr sülh içində öz dinlərini yaşaya bilirlər və Allaha çox şükür ki, heç bir münaqişə də müşahidə edilmir. Ölkəmizdə məscidlər, kilsələr, sinaqoqlar birlikdə fəaliyyət göstərir, hər dinə mənsub insan cəmiyyətdə sülh şəraitində birlikdə yaşayır, hamının gözü önündə olan bu şərait özü fakt təşkil edir.

-Digər ölkələrlə müqayisədə ölkəmizdə bu sahədə vəziyyət qənaətbəxsş sayıla biləmi?

Təbii ki, digər ölkələrlə müqayisədə ölkəmizdəki plüralizmin vəziyyəti nəinki qənaətbəxş, dediyim kimi, fikrimcə, örnək təşkil edəcək vəziyyətdədir.  İslam ölkələrindəki vəziyyət göz önündədir. Nəinki bütün dinlərə mənsub insanların bir arada yaşamağının təmin edilməsi, bir çox İslam ölkəsində heç eyni dinə mənsub insanlar belə bir yerdə sülh içində yaşaya bilmir. Bu tendensiya fərqli formalarda qərb dünyasında da problem təşkil edir. Bir çox qərb dövlətləri İslam dininə aid hər gün yeni-yeni qadağalar qüvvəyəmindirirlər. Xüsusilə də, son dövrlərdə müsəlmanların istər geyim, istərsə də ibadət azadlıqları ilə əlaqədar əksər Avropa ölkələrində müsəlmanların hüquq və azadlıqlarını məhdudlaşdıran qanunlar qəbul edildi. Bəzi Avropa ölkələrində də qanunlar qəbul edilməsəbelə, qeyr-rəsmi formada polis sistemləri tərəfindən bu ölkələrdəki müsəlmanlara qarşı təzyiqlər həyata keçirilməkdədir. Avropanın dini plüralizminin təmin edilməsində qənaətbaxş tablo sərgiləyə bilmədiyini miqrant məsələsində də müşahidə etdik. Suriyadan gələn xristian əsilli miqrantlar problemsiz qəbul edilərkən, müsəlman miqrantlar yağışda, qarda sərhədlərdə, küçədə saxlanıldı, dənizdə batırıldı, yollarda süründürüldü, nəticədə, minlərlə müsəlman miqrant bu səfərlər ərəfəsində həyatını itirdi. İstər ABŞ, istər Avropa, ümumilikdə Qərb dünyası üçün bu tendensiya fərqli formalarda da eyni cürdür. Yəni nə İslam aləmi, nə də Qərb dini plüralizmin təmin edilməsi istiqamətində qənaətbaxş bir mənzərə ortaya qoya bilməyib. Dolayısı ilə sualınızın cavabı olaraq təbii ki, ölkəmizdəki dini plüralizmin təmin edilməsi digər ölkələrlə müqayisədə nəinki qənaətbəxş, deyə bilərik ki, örnək təşkil edəcək dərəcədədir.

-Bu gün Azərbaycanda keçirilən çoxsaylı mədəni, dini tədbirlər dini plüralizmin göstəricisi sayıla bilərmi?

Bəli, elədir. Azərbaycan dövlətinin bu sahədə atdığı addımlar sadəcə Azərbaycan üçün deyil, bütün İslam aləmi üçün, bütün dünya üçün çox böyük müsbət nəticələri olacaq, əhəmiyyətli addımlardır. İslam aləminin bu ağır vəziyyətində, İslam aləminin bu ən çox həmrəyliyə ehtiyac duyduğu bir dövrdə dövlətimizin İslam aləmindəki birliyi, həmrəyliyi möhkəmləndirəcək bu addımları atması çox müsbət haldır. Bu çərçivədə cənab prezident İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması, bu çərçivədə çoxsaylı mədəni, dini tədbirlərin dövlət səviyyəsində təşkil edilməsi, İslam oyunlarının təşkil edilərək İslam aləmindəki birliyi artıracaq addımların atılması Prezidentimizin həm dinimiz İslama, həm də ümumiyyətlə, dini plüralizmin təmin edilməsinə verdiyi yüksək dəyərin faktiki nümunəsidir.

-Bütün bunlar həm də Azərbaycanın multikultural bir ölkə olduğu demək deyilmi?

Elədir ki var. Bütün bu addımlar və tədbirlər Azərbaycanın multikultural ölkə olduğunun barizisbatıdır. Azərbaycanın multikultural ölkə olduğunu görmək üçün Azərbaycanı gəzib dolaşmaqlabuna şahidlik etmək mümkündür. Azərbaycan özündə fərqli-fərqli millətləri, etnik qrupları ehtiva edir.Bir çox fərqli millətlərin nümayəndələri, eyni zamanda Azərbaycanın bir çox bölgələrində yaşayanetnik qruplar hamısı bir Azərbaycan adı altında sülh içində və mehriban yaşayaraq dünyaya örnəktəşkil edirlər. Azərbaycanın mutikultural dəyərləri Azərbaycanın zəngin tarixi ilə də əlaqəlidir. Bumutikulturalmədəniyyət tarixən formalaşmış, bu gündə özünü davam etdirən Azərbaycanmədəniyyətinin bir hissəsidir.

-Ümumiyyətlə, Azərbaycanda multikulturalizm ənənələrinə görə nümunə ölkə rolunu oynaya bilərmi?

-Bəli, Azərbaycanın multikultural dəyərlərin təmin edilməsi baxımından nümunəvi rol oyanaya biləcəyini deyə bilərik. Çünki Azərbaycandakı multikultural şərait buna imkan verir. Azərbaycanın tarixi bir növ mədəniyyətlər beşiyi rolunu oynayıb. Tarixin müxtəlif dövründə müxtəlif mədəniyyətlərə sahiblik edən bu yurd özündə çox zəngin, bir-birindən fərqli mədəniyyətlərin izlərini daşıyır. Ölkədəki rahatlıq, tolerantlıq mühiti də bizə Azərbaycanın bu sahədə nümunə təşkil edə biləcəyini deməyə əsas verir.

Bəs ölkədəki plüralizmdən, multikultural ənənələdən sui-istifadə hallarına yol verilirmi?

-Bəli, bu cür hallara da rast gəlmək mümkündür. Müəyyən radikal qruplar Azərbaycan dövlətinin dini plüralizmin təmin edilməsi istiqamətində yaratdığı şəraitdən sui-istifadə edib ölkə xaricindəki başqa radikal qrupların istəklərini həyata keçirməyə çalışsa da,dövlətimiz tərəfindən bu cür cəhdlər vaxtında təyin edilərək qarşısı alınmışdır. Eyni zamanda dövlətimizin multikultural dəyərləri təmin etməsindən sui-istifadə edən başqa bir qrupda təhlükəli əhali qrupu arasında olan cinsi azlıqlar olmuşdur. Azərbaycandakı cinsi azlıqlardan ibarət bir qrupda bu mutikultural şəraitdən sui-istifadə edib Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən bəzi Qərb qurumlarının, qərbpərəst qüvvələrin Azərbaycandakı dövlət əleyhinə fəaliyyətlərini təmin etməklə məşğul idilər. Bu sahədə də dövlətimiz lazımi addımları ataraq milli-mənəvi dəyərlərimizə zidd olan qrupların bu fəaliyyətlərinin qarşısını uğurla almışdır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31