Gənc rejissorların beynəlxalq uğuru

Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu IV kurs tələbəsi Samir Hüseynovun sənədli filmi Tbilisi Beynəlxalq Film Festivalında iştirak haqqı qazanıb. Olaylar.az bildirir ki, dekabr ayı ərzində keçirilməsi nəzərdə tutulan festivalda “Happy Death” filmi “Tələbə filmləri” bölməsi üzrə nümayiş olunacaq.

Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu IV kurs tələbəsi Samir Hüseynovun sənədli filmi Tbilisi Beynəlxalq Film Festivalında iştirak haqqı qazanıb. Olaylar.az bildirir ki, dekabr ayı ərzində keçirilməsi nəzərdə tutulan festivalda "Happy Death" filmi "Tələbə filmləri" bölməsi üzrə nümayiş olunacaq.

Həmçinin IV kurs tələbəsi Masər Həsənovun "Everest-birinci addım" filmi Braziliyanın Alvorada şəhərində keçirilən gənc rejissorların III Alvorada Məktəb Film Festivalı onlayn festivalda, eləcə də "Sevgi naminə" filmi IX Müstəqil Beynəlxalq İnternet Qısametrajlı Film Festivalında  Azərbaycan, Belarus, Almaniya, Hindistan, Moldova, Qazaxıstan, Rusiya, Özbəkistan, Ukrayna, Ermənistan, Amerika Birləşmiş Ştatları və Portuqaliya ölkələri arasında final mərhələlərində iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31