Tramp prezident seçiləndən 1 628 yalan bəyanat verib

Donald Tramp ABŞ prezidenti seçilən gündən 1 628 yalan və ya yanlış bəyanatlər verib. Bu barədə "The Washington Post" yazıb. Noyabrın 14-dək D.Tramp prezident postunda 298 gün keçirib, beləliklə, o, orta hesabla gündə 5,5 yalan ifadə verib.

Bildirilir ki, əgər bu tendensiya saxlanılsa, ilin sonuna qədər Tramp təxminən 2 min yalançı bəyanat verəcək, prezidentlik müddətinin (dörd il) sonuna isə bu rəqəm 8 min təşkil edəcək.

Qəzet Donald Trampın yenilənən bəyanatlər bazasını çap edib və onların həqiqiliyini yoxlayıb. Bu mətbuat orqanının hesablamalarına görə, prezident daha çox ABŞ-da işsizliyin səviyyəsi, vergi, fond bazarı və Obamacare səhiyyə proqramından danışarkən səhvlər buraxır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31