Azərbaycan, Belarus, Ukrayna, Rusiya opera ulduzları eyni səhnədə

Dekabrın 2-də Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının növbəti tamaşası nümayiş olunacaq. Olaylar.az bildirir ki, Karmen partiyasını belaruslu vokal ulduzu Oksana Volkovanın ifa edəcək.  O.Volkova Belarus Böyük Akademik Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, Dövlət mükafatı laureatı, bir sıra beynəlxalq müsabiqələrinin qalibidir.

O.Volkova ilə yanaşı tamaşada həmçinin Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko, habelə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar Artistlər İnarə Babayeva, Cahangir Qurbanov, Gülnaz İsmayılova, Əliəhməd İbrahimov, solistlərdən Nina Makarova, Tural Ağasıyev çıxış edəcəklər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31