BTQ layihəsi Ermənistanın blokadasını daha da gücləndirdi
“Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı Azərbaycanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə yeni nəfəsdir. Əlverişli coğrafi mövqeyə və zəngin karbohidrat ehtiyatına malik Azərbaycan beynəlxalq miqyaslı tranzit mərkəzinə çevrilməklə yanaşı, beynəlxaq münasibətlər sistemində də öz mövqeyini daha da möhkəmləndirdi”. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
15 Noyabr 2017 15:45 Siyasət"Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı Azərbaycanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə yeni nəfəsdir. Əlverişli coğrafi mövqeyə və zəngin karbohidrat ehtiyatına malik Azərbaycan beynəlxalq miqyaslı tranzit mərkəzinə çevrilməklə yanaşı, beynəlxaq münasibətlər sistemində də öz mövqeyini daha da möhkəmləndirdi". Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Bakı-Tiblisi-Qars dəmiryolu vasitəsilə Asiya ölkələri ilə Avropa ölkələri arasında yüklərin çatdırılması vaxtı xeyli qısalacaq: "İpək yolunun üstündə yerləşən ölkəmiz həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də tranzit yükdaşımalar və gələcəkdə sərnişin daşımalar üçün əlverişli ölkədir. Nəzərə alsaq ki, 846 km dəmiryol xəttinin 504 km Azərbaycan ərazisindədir. Bu zaman tranzit yükdaşımaların həcminin olduqca böyük olacağını əminliklə deyə bilərik. Ölkəmizin gəliri bu layihədən kifayət qədər böyük olacaqdır".
Ermənilər Azərbaycanın dünyaya səs salan və seçilən bu kimi layihələrin mərkəzində olduğunu görür və dünyaya bəyan etmək istəyirlər ki, layihə rentabelli deyil: "Onların bu sözünün heç bir iqtisadi əsası yoxdur . Çünki Asiya və Avropa ölkələri BTQ-nin reallaşmasını səbirsizliklə gözləyirdilər və indi həmin layihənin tam gücü ilə işə düşməsini izləyirlər. Bu layihənin bir sıra ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyi halda Ermənistanın blokadası daha da gücləndi. Əminliklə deyə bilərik ki, Bakı-Tiblisi-Qars dəmiryolu xətti tam gücü ilə işə düşdüyü zaman ildə milyardlarla vəsait ölkəmizə axacaqdır". Sia.az