Nazir: "Lavrovun Bakı səfərində müzakirə olunacaq məsələlər danışıqlar masasındadır"

“Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı və onun Moskvada ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı müzakirə olunacaq: "Sergey Lavrovun Bakıya səfəri zamanı müzakirə olunacaq məsələlər danışıqlar masasındadır.

"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı və onun Moskvada ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı müzakirə olunacaq: "Sergey Lavrovun Bakıya səfəri zamanı müzakirə olunacaq məsələlər danışıqlar masasındadır. Azərbaycanın mövqeyi dəfələrlə səsləndirilib. Biz istəyirik ki, danışıqlar sadəcə danışıqlar xatirinə aparılmasın". E.Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb: "Münaqişənin nizamlanması üzrə danışıqlar nəticə etibarilə səmərəli olmalıdır. Məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalı və regionda sülh təmin olunmalıdır". Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin mümkün üçtərəfli görüşünə gəlincə, nazir bununla bağlı sabah bəyanat verəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31