Keçən ay 794 əcnəbi ölkə hüdudlarından çıxarılıb
2017-cı ilin oktyabr ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1603 qərar qəbul edilib.
15 Noyabr 2017 15:23 Sosial2017-cı ilin oktyabr ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1603 qərar qəbul edilib. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, onlardan 242-si ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 794-ü ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 488-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 60-ı Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 19-u müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub. Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 10526 müraciət daxil olub. 2017-cı ilin oktyabr ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 51505 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.