Atatürk Liseyində Ali Devrimin anım mərasimi keçirilib
Türk Dünyası Araşdırmalar Vəqfi, Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin vəfatının birinci ildönümü qeyd edilib. “OLAYLAR”-ın xəbərinə görə, Təhsil ocağlnda keçirilən anım mərasimə Ali Devrimin ruhunu bir dəqiqəlik sükutla yad etməklə start verilib. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Türk Dünyası Araşdırmaları Vəqfiini qurucusu Turan Yazqan və Ali Devrimin xatirəsinə hazırlanmış film nümayiş olunub.
15 Noyabr 2017 15:21 SosialTürk Dünyası Araşdırmalar Vəqfi, Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin vəfatının birinci ildönümü qeyd edilib. "OLAYLAR"-ın xəbərinə görə, Təhsil ocağlnda keçirilən anım mərasimə Ali Devrimin ruhunu bir dəqiqəlik sükutla yad etməklə start verilib. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Türk Dünyası Araşdırmaları Vəqfiini qurucusu Turan Yazqan və Ali Devrimin xatirəsinə hazırlanmış film nümayiş olunub. Mərhumun ali üzvləri, xanımı Hatice Devrim, oğlu Gökberg Devrim, eləcə də Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlu, liseyin rəhbərliyi, şagird və valideynlərin iştirakı ilə baş tutan anım mərasimində çıxış edən liseyin müdiri Hüseyin Dəmirəl Ali Devrimlə bağlı xatirələrini bölüşüb. O, Ali Devrimi türk sevdalısı, böyük insan, ustad müəllim, Azərbaycanı dərindən sevən biri kimi xarakterizə edib. Hüseyin Dəmirəl hər zaman Ali Devrimin əziz xatirəsinin uca tutulacağı, onun böyük ehtiramla anılacağını vurğulayıb. Anım mərasimində çıxış edən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlu, müəllimlər Müşfik Əlizadə, Vilayət Qurbanov, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu, eləcə də aprel şəhidi Təbriz Musazadənin xanımı Pərişan Musazadə, "Qarabağ" fitbol klubunun oyunçusu Qara Qarayev və başqaları Ali Devrimlə bağlı xatirələrini bölüşüblər. Çıxışlardan sonra liseyin şagirdlərinin mərhum müdirləri ilə bağlı hazırladıqları anılar, şer parçaları dinlənilib. Sonda çıxış edən Ali Devrimin oğlu Gökberg Devrim mərhum atasına göstərilən bu diqqət və qayğıdan dolayı təşəkkür edib.