Gündəm
Siqaretin 40% bahalaşacağı gözlənilir - Rusiyada
Tütün məmulatlarına minimal pərakəndə qiymətinin tətbiq olunması nəticəsində Rusiyada siqaretin qiyməti 40% arta bilər. Bu barədə maliyyə nazirinin müavini İlya Trunin məlumat verib. Minimal pərakəndə qiymətini Səhiyyə Nazirliyi müəyyənləşdirəcək. Maliyyə Nazirliyindən verilən məlumata görə, nəticədə əhalinin siqaret tələbi aşağı düşəcək və istehlakı azalacaq.
Bakının 19 – cu əsrə aid görüntüləri Fransada sərgiləndi
Bakının 19-cu əsrdə çəkilmiş bəzi unikal və bu günə qədər nümayiş olunmamış fotoşəkilləri Fransanın Reims şəhərində “Musée-Hôtel Le Vergeur” otelində Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin təşəbbüsü ilə sərgilənib. Sərgirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Gürcüstanın Fransadakı səfiri xanım Ekaterina Siradze-Delaunay və Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Labell də daxil olmaqla 60-a yaxın qonaq iştirak edib. Olaylar.az bildirir ki, fotoşəkillər səyyah, fotoqraf, xeyriyyəçi və “Musée-Hôtel Le Vergeur” otelinin keçmiş sakini olmuş Hugues Krafft (1853–1935) tərəfindən çəkilib. Hugues Krafft Azərbaycan da daxil olmaqla Cənubi Qafqazın mindən artıq görüntülərini lentə alıb. Onların 547-si “Musée-Hôtel Le Vergeur” otelinin arxivində saxlanılır. Bu fotoşəkillər demək olar ki, yoxa çıxmış məkanı və zamanı özündə təcəssüm etdirir.
"Yeni səfirin kimliyi məlumdur" - Dövlət Dumasının komitə sədri
Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq. Bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov deyib. Onun sözlərinə görə, mətbuatda adı hallanan Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır.
Prezident İlham Əliyev Ağcabədi Olimpiya İdman Kompleksinin açılışını edib
Bu gün Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Erməni nazir: “Minsk razılaşmaları ölüdür”
Donbas münaqişəsinin nizama salınma üzrə Minsk razılaşmaları özünü bitirib, onların yerinə yeni razılaşmalar imzalanmalıdır. Bunu Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov deyib. “Ukrayna böhranının nizama salınması problemi müxtəlif formatlarda, xüsusi halda, “Normandiya formatı”nda müzakirə edilir. ABŞ bu formatda iştirak etmir, amma vaxtaşırı bu məsələ qalxır. Varşavada daha əvvəl danışıqların “Cenevrə formatı”na keçirməyi təklif edirdilər. Bu formatda ABŞ-la yanaşı, Ukraynaya qonşu dövlət kimi Polşanın da iştirakı ilə müzakirə edilir”, - nazir bildirib.
Tarix yalnız arxada qalmır, həm də öndən gəlir...
Azərbaycan ədəbiyyatını bir-birinin ardınca (və kifayət qədər böyük istedadla) qələmə aldığı tarixi romanlarla zənginləşdirmiş Yunus Oğuzun 2016-cı ilin məşhur aprel hadisələrinə, yəni müasir dövrün olaylarına müraciət etməsi, fikrimcə, tarixdən uzaqlaşmaq deyil, əksinə, ona daha da yaxınlaşmaq, məzmun-mündərəcəsinə, metafizikasına, mahiyyətinə daha dərindən varmaq və nəticə etibarilə, tarixdə bu günü, bu gündə isə tarixi anlamaq istəyindən irəli gəlir.
Xalq artistinin evindən oğurluqda ittiham olunan şəxslə bağlı məhkəmə QƏRAR VERDİ
Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirli bilinən Asif Həmidovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.
Rusiya kosmosa 19 peyk göndərib
Rusiya özünün “Soyuz 2.1b” raket daşıyıcısını kosmosa buraxıb. “Vostoçnıy” kosmodromundan kosmosa buraxılan raketdaşıyıcının içərisində 19 peyk göndərilib. Peyklərdən ən böyüyü Rusiyaya məxsus "Meteor-M №2-1"dir. Digər 18 ədəd kiçik ölçülü peyk isə Rusiya, Kanada, Norveç, Yaponiya, İsveç , Almaniya və ABŞ (12) aid olub.
Rusiya İsveç diplomatlarını ölkədən qovur
Rusiya İsveç səfirliyinin iki diplomatını ölkədən deportasiya etməyi planlaşdırır. Bu haqda məlumatlı mənbəyə istinadən TT informasiya agentliyi bildirib. “İsveçin qəbul etdiyi qərarlar bir neçə insana toxunub və Rusiya cavab addımı atıb”, - agentliyin həmsöhbəti qeyd edib.
Ermənistan ordusunda əsgər çatışmazlığı
Artıq bir neçə ildir ki, Ermənistan ordusunda əsgər çatışmamazlığı özünü qabarıq şəkildə büruzə verir. İşğalçı ölkə rəhbərliyi bunu hər vəchlə ört-basdır etməyə çalışsa da, lakin hərbi sahəyə məsul şəxslər həyəcan təbili çalırlar. Hətta iş o yerə çatıb ki, Ermənistan Müdafiə Nazirliyi gəncləri hərbi xidmətə cəlb etmək üçün müəyyən şirnikləndirici vədlərdən də istifadə edirlər. Bütün bunlara baxmayaraq hələ də Ermənistan ordusunda problem qalmaqdadır.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi müasir dünyanın vacib elementlərindən hesab olunur. Hazırda dünyada baş verən qloballaşma və inteqrasiya prosesləri isə milli kimlik məsələsini gündəmə gətirir. Kiçik millətlərin bu dalğada əriyib sıradan çıxmaması üçün milli mənlik şüurunun inkişafını labüd edir. Hər bir xalqın milli kimliyi dedikdə ilk növbədə onun təmsil etdiyi ölkənin vətəndaşlarının öznüindifikasiyası başa düşülür. Azərbaycanda bu funksiyanı Azərbaycançılıq ideyası tamamlayır.
Elçin Hüseynbəyli yazır...Bizi sevindirən və qüssələndirən Dəmir Yol Vağzalı
Yazılarımın birində qeyd eləmişdim ki, insanlar xoşbəxtliklərini vağzallarda tapır, elə oradaca itirirlər. Nə münasibətlə yazmışdım, yadımda deyil. Bircə onu bilirəm ki, qüssəli yazıydı. Heç bu yazıya da dəxli yoxdu, eləcə maraqlı bir fikir kimi xatırladım...
Beynəlxalq qurumlar həqiqəti qəbul etməyə başlayıblar
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında, həmçinin, Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammitinin plenar sessiyasında, sammit çərçivəsində baş tutan Zirvə görüşündə iştirakı ölkəmizin milli və dövlətçilik maraqları baxımdan çox mühüm siyasi və tarixi hadisədir. Etiraf edilməlidir ki, müstəqil Azəırbaycanın dövlət başçısı İlham Əliyevin adıçəkilən nüfuzlu, dünya siyasətinə önəmli təsirləri olan qurumların toplantılarına dəvət edilməsi və oradakı iştirakı ölkəmizin, dövlət başçımızın beynəlxalq aləmdəki nüfuzundan, çəkisindən, söz sahibi olmasından xəbər verir.
“Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq elmi-texniki konfrans keçirilib
Noyabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) “Metallurgiya və metalşünaslıq” kafedrasının yaradılmasının 50 illiyinə həsr olunmuş “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfransda metallurgiya və materialşünaslığın problemləri ilə məşğul olan yerli və xarici elmi-tədqiqat və ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Separatizm və onu doğuran səbəblər
Separatizm fransız dilində “separatizme”, latın dilində isə “seperatus” sözündəndir - “ayrılma” mənasını verir. Nəzəri mənada dövlətin ərazisinin müəyyən hissəsinin ayrılmasına, yeni, müstəqil, suveren dövlətin yaradılmasına və muxtariyyət statusunun alınması məqsəqilə ambisiyalı dəstələrin siyasi və praktik fəaliyyəti anlaşılır. Lakonik mənada separitizm - müəyyən qrupun qanuna zidd formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə təhlükə mənbəyi sayılan fəaliyyətdir. Separatizm bir tərəfdən “xalqların öz müqəddaratını təyin etmək” xülyasından doğursa, digər tərəfdən beynəlxalq hüququn hamılıqla tanınmış - dövlətlərin “suverenlik”, “ərazi bütövlüyü”, “sərhədlərin toxunulmazlığı” prinsiplərini pozmaqla beynəlxalq aləmdə millətlərarası və dövlətlərarası münaqişə ocaqlarının meydana gəlməsinə real zəmin yaradır. Bəzən dini və milli azlıqların, insan və xalqların hüquqlarlarının kobud şəkildə pozulması halları separatizm ocağının alovlanmasını sürətləndirir, yeni, gənc milli dövlətlərin yaranmasında mühüm rol oynayır.














