Dövlət Suverenliyi Günü: Azərbaycanın müstəqillik tarixində mühüm mərhələ - ÖZƏL
14:09 Siyasət"Dövlət suverenliyi dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini heç bir kənar müdaxilə olmadan müstəqil şəkildə müəyyən etməsi deməkdir."
Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:
"Suverenliyin əsas şərtləri ölkənin sərhədlərinin toxunulmazlığı, qanunlarının bütün ərazidə qüvvədə olması və dövlət hakimiyyətinin hər bir bölgədə təmin edilməsidir. Azərbaycan 2023-cü il sentyabrın 20-də bütün ərazisində konstitusiya quruluşunu və dövlət hakimiyyətini tam bərpa etməklə suverenliyini bütövləşdirdi.
Dövlət Suverenliyi Gününün qeyd olunması Azərbaycanın müstəqillik tarixində qazanılmış bu mühüm nəticənin ictimai və siyasi yaddaşda yaşadılması baxımından böyük əhəmiyyət daşıyır. Bu gün həm ərazi bütövlüyü və suverenlik uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiramın, həm də xalq-dövlət birliyinin ifadəsidir. Eyni zamanda, gələcək nəsillərə suverenliyin yalnız hüquqi anlayış deyil, qorunması üçün milli birlik, güclü dövlətçilik və məsuliyyət tələb edən ali dəyər olduğunu çatdırır."
İbrahim Məmmədli