Gündəm
Baş Təhsil İdarəsi 14 saylı məktəbdə baş verənlərə aydınlıq gətirdi
Bakı şəhəri 14 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, rus bölməsində təhsil alan 1 nəfər III sinif şagirdinin davranışı ilə bağlı yaranmış problemə görə məktəb rəhbərliyi həmin şagirdin sinfini dəyişərək onu digər paralel sinfə keçirib. Lakin digər şagirdlərin valideynləri həmin şagirdin bu sinfdə oxumasına etirazlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq, məsələ öz həllini tapmayıb. 27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıb. Qeyd olunan şagirdin valideynləri onların övladlarına qarşı olan münasibətə görə polisə müraciət ediblər. Digər valideynlər də bu məsələnin araşdırılaraq həll olunmasını tələb edirlər.
Artıq kanallar arasında rəqabət var, seriallar intensiv çəkilir
Həmidə Ömərova hər zaman canlandırdığı bütün obrazları ilə öz tamaşaçı auditoriyasının sevimlisi olub. Bütün bu obrazlarla hər kəsin sevimlisi olmaq, əlbəttə hər sənətkara qismət olmur.
Energetika Nazirliyi Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransında təmsil olunacaq
28-29 noyabr 2017-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransı keçiriləcək. Energetika Nazirliyindən “Olaylar” verilən məlumata görə, tədbirdə Azərbaycanı energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Dövlət Gömrük Komitəsi media orqanlarına tövsiyə etdi
Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikası vətəndaşı Nihat Odabaşının Heydər Əliyev Beynəlxalq Aeroportundakı gömrük nəzarəti zonasında uzun müddət saxlanılması, əşyalarının qanunsuz yoxlanılmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Cenevrədə Beynəlxalq Miqrasiya Təşkilatının sessiyası keçirilir
Noyabrın 28-dən dekabrın 1-dək İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) 108-ci sessiyası keçiriləcək. “OLAYLAR”-ın Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, sessiyada iştirak etmək məqsədilə Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMqT-nin baş direktoru Uilyam Leysi Svinqlə görüşüb.
Mərhum şahmatçının qardaşına vəzifə verildi
“Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib. Sərxan Həşimov korporasiyanın biznesinin Türkmənistan və Tacikistanda inkişafı məsuliyyətini də üzərinə götürüb. “OLAYLAR” xəbər verir ki, bu barədə “Microsoft Azerbaijan” şirkətinin yaydığı məlumatda bildirilir.
Gənclər fond birjalarının fəaliyyəti ilə tanış ediləcək
Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, İqtisad Universiteti, Bakı Fond Birjası və Yeniliyə Doğru Gənclər Fondunun birgə təşkilatçılığı ilə noyabrın 29-da “İnkişaf bi(r)likdərir” devizi altında kapital bazarları sahəsində birja ticarəti üzrə simulyasiya yarışı keçiriləcək.
Azərbaycan əsgərinin meyiti qaytarılıb
Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Azərbaycana qaytarılıb.
Prezident İlham Əliyev Ağcabədiyə səfər edib
Azərbaycan prezidenti İlham Əliyev Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib. əlumatına görə, Azərbaycan prezidenti muzeydə yaradılan şəraitlə tanış olub.
Melani Tramp yeni ilə hazırlaşır
Amerikanın 45 – ci prezidenti Donald Trampın həyat yoldaşı Melani Tramp Ağ evdə yeni il hazırlıqlarına başlayıb. Olaylar.az bildirir ki, ağ evdə bu il yeni il mövzusu “zamanın şərəfləndirdiyi ənənələr” olacaq. Məlumata əsasən Ağ evin builki yeni il dekorasiyasını Melani Tramp özü seçib.
Ali Baş Komandan Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Xələf Xələfov BMT-nin Ali Komissarı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
Xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin Sahə Missiyaları və Texniki Əməkdaşlıq Departamentinin rəhbəri Jorjet Qanyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir müavini X.Xələfov Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirdi.
Rusiyya və Amerika təyyarələri havada mübahisə etdilər
Noyabrın 28 – də səhər saatlarında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus P-8A sualtı qayıq ovçusu Qara dəniz üzərində nəzarət xidməti aparan Rusiyaya məxsus U-30 qırıcısı təyyarəsinin qarşısını kəsib. Rus qırıcısı Amerikaya məxsus təyyarənin önünü təhlükəli manevrlərlə kəsərək, istiqamətini dəyişməyə vadar edib. İki təyyarə arasında havada mübahisə 24 dəqiqə davam edib. Hadisə ilə bağlı açıqlama Pentaqon mətbuat xidmətinin əməkdaşı Mişel Beldanza tərəfindən verilib. Rusiya tərəfi isə hadisə ilə əlaqədar hər hansı bir açıqlama verməyib.
Ali Hərbi Məktəbin kursantlarının çöl çıxışları başlayıb
Döyüş hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) dördüncü kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışı başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, tədris prosesinin təqvim qrafiki əsasında icra olunan çöl çıxışının əsas məqsədi praktiki dərslərdə atəş vasitələrindən istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi, eləcə də döyüş texnikasının düzgün istismarı qaydalarının və döyüşdə bölmələrin inamla idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
14 saylı məktəbdə valideynlər etiraza qalxdı
Paytaxtın 14 saylı tam orta məktəbindən “OLAYLAR”-a verilən məlumata görə, təhsil müəssisəsinin rus bölməsinin 3-e sinif şagirdi Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun davranışı ilə bağlı problem yaranıb.














