Gündəm

Dövlət qulluqçusu olmaq istəyənlər üçün daha bir şans

28 Noyabr 2017 13:59

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. DİM-dən verilən məlumata görə, Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 29 noyabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

"Elm və həyat" jurnalının yeni nömrəsi nəşr olunub

28 Noyabr 2017 13:58

 Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yarım əsrdən çox fəaliyyət göstərən "Elm və həyat" jurnalının yeni nömrəsi nəşr olunub. "Olaylar" xəbər verir ki, elmi-populyar jurnalın bu nömrəsində akademik Həsən Əliyevin 110 illiyinə həsr olunmuş “Ömür kitabının işıqlı səhifələri” adlı məqalə yer alıb.

Taxıl məhsullarının keyfiyyətilə bağlı qadağa ləğv olunur

28 Noyabr 2017 13:57

Taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edilməyəcək. “Olaylar”ın məlumatına görə, bununla bağlı “Taxıl haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanununda dəyişiklik edilir.

İş yerini gizlədənlər cinayət məsuliyyəti daşıyacaqlar

28 Noyabr 2017 13:54

“Məşğulluq haqqında” qanunun tələblərini pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.“Olaylar”ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd təqdim edilib. Belə ki, “Məşğulluq haqqında” qanunun 29.2-ci müddəasının yeni redaksiyasında bildirilir ki, qanun pozuntularında təqsirkar olan şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.

Ərdoğan: "Yaxın günlərdə Trampla yenə danışacağıq"

28 Noyabr 2017 13:44

“Suriyada sülhün bərqərar edilməsi üçün işləri davam etdirəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan liderlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib. O bildirib ki, Soçidə gerçəkləşən üçtərəfli zirvə toplantısında çox mühüm, həlledici qərarlar qəbul edilib.

Prezidentin İşlər müdirinin müavini vəzifəsindən azad edilib

28 Noyabr 2017 13:42

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini vəzifəsindən azad edilib. Məlumata görə, bununla bağlı prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Əli Hüseynov Prezidentin İşlər müdirinin müavini vəzifəsindən azad olunub.

Leyla Şıxlinskaya: "Yoxlama zamanı sənədlərin məhv edilməsi barədə göstəriş verməmişəm"

28 Noyabr 2017 13:41

"Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən klinikanın sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları - Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın, Polad Əliyevin cinayət işi üzrə şahid qismində dindirilən Leyla Şıxlinskayanın ibtidai istintaqa verdiyi ifadə məlum olub.

Heyvanların məskunlaşdığı yerləri yandırmaq məsuliyyət yaradacaq

28 Noyabr 2017 13:40

Azərbaycanda heyvanlara məxsus məskunlaşma yerlərinin özbaşına yandırılması məsuliyyət yaradacaq. “Olaylar” xəbər verir ki, “Heyvanlar aləmi haqqında” qanunun 53-cü maddəsinə bununla bağlı təklif olunan əlavələr Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə olunub.

Bakıda quşçuluq sexi yanıb

28 Noyabr 2017 13:38

Bakı şəhərinin Suraxanı rayonunda fəaliyyət göstərən quşçuluq sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 500 m2 olan quşçuluq sexinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Deputatlarımız Ukraynaya səfər ediblər

28 Noyabr 2017 13:37

Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün dekabrın 1-dək Ukraynada səfərdə olacaqlar.

Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə müzakirə aparılıb

28 Noyabr 2017 13:36

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq tapşırığının icrası məqsədilə İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair" Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkilinə dair iqtisadiyyat nazirinin 08.11.17 tarixli əmri ilə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərliyi ilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.

Erməni tarixçi: "Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır"

28 Noyabr 2017 13:27

Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır. Bunu erməni tarixçi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Artur Ağacanov Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Qazaxıstanda yeni pul buraxıldı - Dombıra

28 Noyabr 2017 13:25

Qazaxıstan Milli Bankı milli musiqi aləti dombranın təsvir olunduğu gümüş sikkə buraxıb. "Dombıra" adlı sikkə 3000 tirajla buraxılıb. "Dombıra" sikkəsi "Çöl xəzinəsi" sikkələr seriyasına daxildir.

Rusiyada azərbaycanlı sahibkarın üstünə benzin tökən polis axtarılır, saxlanılanlar var

28 Noyabr 2017 13:15

Rusiya İstintaq Komitəsi Moskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamının üzərinə benzin tökən polis əməkdaşı barəsində cinayət işi açıb. Məlumata görə, RF İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsi tərəfindən Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı Rövşən Allahverdiyevin üzərinə benzin tökən polis əməkdaşı Mixail Vinoqradova və cinayətdə əli olan polis polkovnik-leytanantı Oleq Xristinova qarşı əməliyyat keçirilib.

Dövlət Komissiyası: Arsen Baqdasaryan hərbi əsir sayılmır, Zaver Karapetyanla bağlı isə beynəlxalq təşkilatlarla iş gedir

28 Noyabr 2017 13:13

"Azərbaycanda saxlanılan erməni diversant Arsen Baqdasaryan bağlı məhkəmə qərarı olub. O, təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub". Məlumata görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, A. Baqdasaryan hərbi əsir sayılmır.