Gündəm
Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb
"Məndə olan məlumata görə, Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb". Məlumata görə, bu sözləri Əsir və itkin düşmüş və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
Könül Kərimova qızının toyunda oğlu ilə duet oxudu - VİDEO
Ötən gün müğənni Könül Kərimovanın qızı Ləmanın toyu baş tutub. Toyda müğənni və oğlu Rəşad duet oxuyub. İlk dəfə bacısı üçün mahnı oxuyan Rəşad bunu toy hədiyyəsi kimi edib. Könül Kərimovanın qızı Ləmanın Orxanla adlı bəylə ötən gün Bakıda şadlıq saraylarından birində toy məclisi baş tutub. Toyda Könül Kərimovanın sənət yoldaşları və yaxınları iştirak ediblər. Həmin görüntünü təqdim edirik.
Bu il 506 nəfər yeməkdən zəhərlənib - 3 nəfər öldü
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 298 qida zəhərlənməsi baş verib. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 506 nəfər zərər çəkib. Yanvar-oktyabr ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.
"Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut etdi" - Arye Qut
Serj Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut etdi. Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Azərbaycanda üç qız 13 yaşında ərə verilib
Son illər məişət münaqişəsi nəticəsində fiziki zorakılığa məruz qalan qadınların sayı artıb. Statistikaya görə, həftədə ən azı 1 qadın öldürülür və ya intihar edir. Qadınlara qarşı zorakılığın qarşısını almaq üçün noyabrın 25-dən "gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasına başlanılıb, dekabrın 10-dək zorakılığın bütün formalarına qarşı təbliğat aparılacaq.
Çavuşoğlu Azərbaycana gəlir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gələcək. Çavuşoğlu noyabrın 30-da keçiriləcək Türkiyə-Azərbaycan-Pakistan xarici işlər nazirlərinin üçtərəfli toplantısında iştirak edəcək.
Torpaq Məcəlləsi dəyişdirilir
Torpaq qanunvericiliyinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürüləcək.“Olaylar” ın məlumatına görə, bununla bağlı Torpaq Məcəlləsində dəyişiklik edilir. Məcəllənin 45-ci (Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar) maddəsinə yeni bənd əlavə edilir.
Helikopter qəzaya uğradı – Rusiyada
Rusiyanın Tambov vilayətində helikopter qəzaya uğrayıb. Olaylar.az bildirir ki, qəza zamanı ən azı iki nəfərin həlak olduğu qeyd olunub. Şəxsi helikopterdə bir pilot və bir sərnişinin olduğu bildirilib. Helikopterin qırıntıları Kirsanovski rayonunun Şinovka kəndində aşkarlanıb.
Eşşəklər həbs olundu
Hindistanın Uttar Pradeş əyalətində yerləşən həbsxananın bağçasında otlayan eşşəklər həbs olunub. Olaylar.az bildirir ki, 8 eşşək bağçanın həyətindəki otlarla yanaşı, digər qiymətli bitgiləri məhv etdiklərinə görə haqlarında 4 günlük həbs qərarı çıxarılıb. Həbsxana sahibi açıqlamasında bildirib ki, “Biz heyvan sahiblərinə eşşəklərini bu yerdən uzaq saxlamağı xəbərdar etmişdik. Amma bizi dinləmədilər. Ona görə eşşəkləri həbs etdik”
Prezident Tərtərdə məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksi ilə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Məlumata görə, prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.
Ağacdan yıxılan 83 yaşlı kişi xəsarət alıb
Şəkidə ağacdan yıxılan 83 yaşlı kişi ağır xəsarət alıb.“Olaylar” xəbər verir ki, noyabrın 27-də Şəki şəhər Q. Axundov küçəsi ev 41 ünvanında yaşayan 1934-cü il təvəllüdlü Əlican Kərəm oğlu Cəbrayılov yaşadığı ünvandan xurma yığan zaman ağacdan yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaşlı kişi Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.Əlican Cəbrayılovun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda mənzildə meyit aşkarlanıb
Sumqayıtda mənzildən 61 yaşlı qadının meyiti aşkarlanıb.“Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Avtobusun vurduğu piyada ölüb
Bakının Binəqədi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. “Olaylar” xəbər verir, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində qeydə alınmış avtoqəza zamanı 165 saylı xətt marşrutu üzrə hərəkət edən, Balagözov Vaqif Həmzə oğlunun idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu 45-50 yaşlarında bir qadını vurub. Nəticədə ağır xəsarətlər piyada hadisə yerində dünyasını dəyişib.
Hakim: Zərraba hökm oxunmayacaq
ABŞ-da əslən Cənubi Azərbaycandan olan türkiyəli iş adamı Rza Zərrabın qalmaqallı məhkəməsində gözlənilməz dəyişiklik olub. Hakim Riçard Berman R.Zərrabın prosesdə təqsirləndirilən şəxs qismində iştirak etməyəcəyini və mühakimə olunmayacağını açıqlayıb. Müttəhim kimi təkcə Hakan Atilla göstərilib.
ABŞ Marsda 10 minlik şəhər tikəcək
Massaçusets texnologiya institutundan mühəndislər və memarlar qrupu “Mars City Design” müsabiqəsində qalib gələrək, Marsda insanların yaşaya biləcəyi evin nümunəsini yaradıblar. ABŞ-ın aeronavtika və kosmik sahəsinin tədqiqatı üzrə Milli İdarə və Avropa Kosmik Agentliyi müsabiqənin təşəbbüskarı ilə sponsorları olub.














