Çavuşoğlu Azərbaycana gəlir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gələcək. Çavuşoğlu noyabrın 30-da keçiriləcək Türkiyə-Azərbaycan-Pakistan xarici işlər nazirlərinin üçtərəfli toplantısında iştirak edəcək.
28 Noyabr 2017 12:54 SiyasətTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gələcək. Çavuşoğlu noyabrın 30-da keçiriləcək Türkiyə-Azərbaycan-Pakistan xarici işlər nazirlərinin üçtərəfli toplantısında iştirak edəcək.
Türkiyəli nazir 30 noyabr - 1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın Qəlbi" - İstanbul Prosesi çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda 7-ci nazirlər konfransına da qatılacaq. Publika.az Türkiyə mediasına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31