Dövlət Komissiyası: Arsen Baqdasaryan hərbi əsir sayılmır, Zaver Karapetyanla bağlı isə beynəlxalq təşkilatlarla iş gedir
"Azərbaycanda saxlanılan erməni diversant Arsen Baqdasaryan bağlı məhkəmə qərarı olub. O, təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub". Məlumata görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, A. Baqdasaryan hərbi əsir sayılmır.
28 Noyabr 2017 13:13 Siyasət"Azərbaycanda saxlanılan erməni diversant Arsen Baqdasaryan bağlı məhkəmə qərarı olub. O, təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub". Məlumata görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, A. Baqdasaryan hərbi əsir sayılmır.
"O, törətdiyi cinayətə əsasən Azərbaycanın müvafiq qanunvericiliyinə görə həbs olunub. Azərbaycanda saxlanılan digər şəxs - Zaver Karapetyanla bağlı isə beynəlxalq təşkilatlarla iş gedir. Həmin şəxs saxlanılması beynəlxalq standartlara uyğundur.
Beynəlxalq hüquq normalarına uyğun olaraq beynəlxalq təşkilatlar həmin şəxsə istədiyi zaman baş çəkir. Cenevrə konvensiyasına uyğun olaraq Azərbaycan öz öhdəliklərini yerinə yetirir, təşkilatların baş çəkməsi üçün bütün müvafiq şərait yaradılır". Olaylar.az Apa-ya istinadən xəbər verir.