Erməni tarixçi: "Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır"

Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır. Bunu erməni tarixçi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Artur Ağacanov Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bütün variantlar irəli sürülüb: "Bir maddə üzrə belə, hər hansı məsələ həll olunmayıb. Yeganə müsbət cəhət odur ki, geniş hərbi əməliyyatlar başlamayıb. Bizim fəaliyyətimizlə bağlı yanaşmalar fərqlidir: kimsə neqativ, kimsə pozitiv yanaşır. Lakin tədricən insanlar bizə qoşulur və bu bizi sevindirir. Zamanla hər şey düzələcək". Olaylar.az Trend-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31