Beynəlxalq qurumlar həqiqəti qəbul etməyə başlayıblar
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında, həmçinin, Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammitinin plenar sessiyasında, sammit çərçivəsində baş tutan Zirvə görüşündə iştirakı ölkəmizin milli və dövlətçilik maraqları baxımdan çox mühüm siyasi və tarixi hadisədir. Etiraf edilməlidir ki, müstəqil Azəırbaycanın dövlət başçısı İlham Əliyevin adıçəkilən nüfuzlu, dünya siyasətinə önəmli təsirləri olan qurumların toplantılarına dəvət edilməsi və oradakı iştirakı ölkəmizin, dövlət başçımızın beynəlxalq aləmdəki nüfuzundan, çəkisindən, söz sahibi olmasından xəbər verir.
28 Noyabr 2017 14:54 SiyasətEldar İbrahimov: "Azərbaycanla zor və təhdid dilində danışlıması mümkünsüzdür"
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında, həmçinin, Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammitinin plenar sessiyasında, sammit çərçivəsində baş tutan Zirvə görüşündə iştirakı ölkəmizin milli və dövlətçilik maraqları baxımdan çox mühüm siyasi və tarixi hadisədir. Etiraf edilməlidir ki, müstəqil Azəırbaycanın dövlət başçısı İlham Əliyevin adıçəkilən nüfuzlu, dünya siyasətinə önəmli təsirləri olan qurumların toplantılarına dəvət edilməsi və oradakı iştirakı ölkəmizin, dövlət başçımızın beynəlxalq aləmdəki nüfuzundan, çəkisindən, söz sahibi olmasından xəbər verir. Qətiyyətlə demək olar ki, bu, Azərbaycanın, dünya siyasətinin mahir bilicilərindən olan ölkə prezidenti İlham Əliyevin növbəti uğurudur. Ekspertlər hesab edirlər ki, artıq dünya birliyi, dünyanın hegemon dövlətləri anlayırlar ki, Azərbaycanla münasibətlər ikitərəfli, bərabərhüquqlu səviyyədə olmalıdır. Çünki, Azərbaycan yürütdüyü uğurlu daxili və xarici siyasəti ilə beynəlxalq aləmdə nüfuz sahibinə çevrilə bilib. Belə halda münasibətlərin yüksək səviyyədə olmas isə Azərbaycana lazım olduğu kimi, beynəlxalq təşkilatlara da çox lazımlıdır və əhəmiyyətlidir. Məlum olduğu kimi, Azərbaycan onunla zor, təhdid, təzyiq dilində danışılmasını sevmir və birmənalı olaraq, qəbul etmir. Azərbaycan ona səmimi olanla daim əməkdaşlığa, tərəşdaşlığa açıqdır və bu yöndə də siyasətini davam etdirir. Artıq ölkəmizin bu mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilib. Bu baxımdan hesab etmək olar ki, Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı, adıçəkilən qurumun baş katibi ilə görüşü, birgə bəyanatı Azərbaycan-NATO münasibətlərində yeni səhifənin açılmasından, yeni uğurlu mərhələyə start verilməsindən xəbər verir. Bir dha xatırladaq ki, siyasi ekspertlərin qənaətinə görə, Azərbaycanla NATO arasında münasibətlərin bu formada davaç etməsilə hər iki tərəfin qazanacağı qaçılmazdır.
Millət vəkili Eldar İbrahimov hesab edir ki, həm NATO, həm də Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq və tərəfdaşlıq Azərbaycanın maraq dairəsindədir. Azərbaycan bu təşkilatlarla ikitərəfli, səmimi və bərabərsəviyyəli əməkdaşlığa önəm verir. Eyni zamanda, digər beynəlxalq qurumlar kimi, NATO ilə Aİ-dən də ölkəmizə eyni münasibətin sərgilənməsini, təzyiqsiz, diktəsiz əməkdaşlığın ortaya qoyulmasını gözləyir və tələb edir: "Azərbaycanın dünyada, beynəlxalq aləmdə nüfuzu, çəkisi, rolu gündən-günə artır. Bu gün Azərbaycan dünyada böyük nüfuz və söz sahibidir. Dünya siyasətinin əsas oyunçularından birinə çevrilmişik. Bunlar da heç şübhəsiz ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 14 il ərzində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən balanslaşdırılmış, tarazlaşdırılmış xarici siyasət kursu, müstəqil dövlət siyasəti nəticəsində mümkün olub. Bu baxımdan ölkə Prezidentinin Brüsselə NATO-nun Şimali Atlantika Şurasının və Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitinə dəvət olunması, adıçəkilən sammitlərdə iştirakı, yüksək səviyyəli görüşləri bunun - Azərbaycanın və İlham Əliyevin beynəlxalq məkanda nüfuzunun, çəkisinin əyani göstəricisidir".
Azərbaycanın hər iki qurumla əməkdaşlıq münasibətlərinin olduğunu, bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini deyən E. İbrahimovun sözlərinə görə, bundan da hər iki tərəf qazanır. Millət vəkili qeyd edib ki, həm NATO, həm də Aİ Avropanın, bütövlükdə dünyanın əsas və aparıcı təşkilatlarındadır. Hər iki qurumun Avropadakı və dünyadakı proseslərə təsiri yetərincədir: "Azərbaycan həm NATO, həm Aİ ilə təşkilatlarla ikitərəfli, bərabərsəviyyəli əməkdaşlığa önəm verir. Onlardan da eyni münasibətin sərgilənməsini gözləyir. Düzdür, bu günə kimi NATO ilə Azərbaycan arasında hansısa problemlər, gərginliklər yaşanmasa da, Aİ, onun təsir dairəsində olan təsisatlarla ayrı-ayrı vaxtlarda arzulanmayan gərginliklər yaşanıb. Ancaq sevindirici haldır ki, son zamanlar Aİ-dəkilər də reallığı, həqiqəti qəbul etməyə başlayıblar, Azərbaycanla zor və təhdid dilində danışlımasının mümkünsüzlüyünü anlayıblar və bu baxımdan da, ölkəmizlə əməkdaşlığın davam etdirilməsi, yeni mərhələnin başlanılması istəklərini nümayiş etdirməyə çalışırlar. Bunlar da nəticə etibarı ilə Azərbaycanın, ölkə Prezidentinin apardığı uğurlu, müdrik, təmkinli siyasətin bəhrəsi kimi qiymətləndirilə bilər. Odur ki, Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində ərazi bütövlüyünun tanınması Azərbaycanın növbəti və böyük uğurudur".
Millət vəkili qeyd edib ki, Azərbaycanla Aİ arasında ikitərəfli sazişin üzərində iş gedir və bu qurumla tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Ona görə də ümid etmək olar ki, imzalanacaq bu sazişdə də ölkəmizin ərazi bütövlüyünün tanınması diqqət mərkəzində olacaq. Bu, ölkəmiz, uzun illərdən bəri məruz qaldığımız işğal, təcavüz faktının, reallığının aradan qaldırılması üçün olduqca vacib və prinsipial bir məsələdir: "Azərbaycan ərazi bütövlüyü məsələsində də heç kimə güzəştə getməyib və bundan sonra da getməyəcək. Ölkəmiz, xalqımız, dövlət rəhbərliyimiz heç vaxt işğal faktı ilə barışmayıb və bundan sonra da barışan deyil. Heç kim, heç bir qüvvə bizdən güzəşt, işğal faktı ilə barışmaq kimi halları gözləməsin. Bunlar mümkünsüzdür. Bu baxımdan da, Azərbaycanın NATO və Aİ ilə əməkdaşlığı vacibdir, bu əməkdaşlıq bundan sonra daha sürətlə davam etdirilməlidir və hər iki nüfuzlu qurum Azərbaycan reallıqlarının, Qarabağa həqiqətlərinin olduğu kimi qəbul və etiraf olunmasında, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində öz töhfələrini verməlidirlər".
Alim