Gündəm
Rəvanə Qurbanova Leyli obrazında
Dekabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı istedadlı muğam ifaçısı - Rəvanə Qurbanova opera səhnəsinin yeni Leylisi kimi çıxış edəcək. Olaylar.az bildirir ki, R.Qurbanova Rəvanə 2007-ci ildə keçirilən muğam müsabiqəsində III yeri qazanıb. Elə həmin ildən Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır. Onun adı gənc istedadların Qızıl kitabına daxil edilmişdir.
MEK Cocuq Mərcanlı kənd orta məktəbinə 400 kitab hədiyyə etdi
AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamdan sonra burada görülmüş tikinti-abadlıq işləri ilə yerində tanış olmaq, yerli əhali ilə görüşmək, kənd orta məktəb kitabxanasının qurulmasına və kitabxana fondunun zənginləşdirilməsi, kitabların hədiyyə olunması və ehtiyacların yerində qiymətləndirilməsi məqsədi daşıyır. Olaylar.az bildirir ki, qonaqları Cəbrayıl rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Mayıl Əliyev, Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Cocuq Mərcanlı kənd məscidinin axundu Elman Piriyev və digərləri qarşılayıblar
Göz yaşlarında boğulan Rima Sarkisova: “Hamımız Bakıya qayıtmaq istəyirik!”
Bakı ermənisi, ictimai xadim Rima Sarkisova göz yaşlarını saxlaya bilmədi. Sözün hərfi mənasında göz yaşlarından boğulan konfrans iştirakçısı dedi: “Mənim əzizlərim! Minlərlə Bakı ermənisi hələ də qürbətdə özünə isti bir sığınacaq tapa bilməyib. Ermənistandakı millətçi dairələrin təxribatçı və düşmən siyasəti nəticəsində süni Qarabağ münaqişəsi başlanıb. Axı biz yüzillərlə böyür-böyürə yaşamışıq. Bir yerdə - vahid Azərbaycan ailəsində sevirdik, həyəcanlanırdıq, sevinirdik və qüssələnirdik.
Opera səhnəsində yeni Əsli
Dekabrın 6-da Akademik Opera və Balet Teatrında nümayiş olunacaq Üz.Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşasında Əsli rolunu gənc muğamçı Sədəf Budaqova ifa edəcək. Olaylar.az bildirir ki, Sədəf Budaqova 2015-ci ildə keçirilən televiziya muğam müsabiqəsində uğurla çıxış etmiş və III yerə layiq görülüb.
Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri"nə 6 il həbs verildi
“İqla” zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinən separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayana hökm oxunub. Məlumata görə, bu gün keçirilən məhkəmə iclasında S.Babayan 6 il azadlıqdan məhrum edilib.
Rüfət Quliyev yenidən MDB PA Daimi komissiyasının sədr müavini seçilib
Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlər arası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün noyabrın 27-dən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədirlər. “OLAYLAR”-ın xəbərinə görə, MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının noyabrın 28-də keçirilən iclasında deputat Rüfət Quliyev yenidən Daimi komissiyanın sədr müavini seçilib.
Kreml Putinlə Xaçaturovun görüşü barədə
Rusiya prezidenti Vladimir Putin bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovla görüşəcək. Bu barədə jurnalistlərə RF prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Prezident KTMT baş katibi Xaçaturovu qəbul edəcək”, - Peskov deyib.
Dövlət Komissiyası Azərbaycanda saxlanılan erməni diversantlar haqda
"Azərbaycanda saxlanılan 2 ermənistanlı diversantdan biri-Arsen Baqdasaryanla bağlı məhkəmənin qərarı olub. Həmin şəxs təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub. O, hərbi əsir sayılmır, çünki məhkəmənin qərarı ilə həbs olunub".
Oyunqabağı “Qarabağ”ın rəqibinə ŞOK
Çempionlar Liqası qrup mərhələsinin son oyununda “Qarabağ”la qarşılaşacaq İtaliyanın “Roma” klubu itki ilə üzləşib. Komandanın hücumçusu Qreqori Defrel zədələnib. O, A Seriyası çərçivəsində “Genoa” ilə görüşdə ağır zədə alıb. 26 yaşlı oyunçununun hansı müddətə sağalacağı məlum deyil. Onun təmsilçimizlə görüşə qədər hazır olub-olmayacağı isə dəqiq bilinmir.
Heydər Əliyev adına Hava Limanında azərbaycanlı gəncdən QEYRİ-ADİ EVLİLİK TƏKLİFİ - VİDEO
Heydər Əliyev adına Hava Limanında gənc oğlan səfərdən qayıdan sevdiyi qıza evlilik təklifi edib. Oğlan sevdiyi üçün sürpriz hazırlayıb. O, əlində gül dəstəsi ilə qıza yaxınlaşaraq ona evlilik təklif edib. Gənc qız evlilik təklifinə "hə" cavabını verib.
Sabah gözlənilən hava şəraiti
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Abşeronda gecə 3-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Rusiya Ədliyyə Nazirliyi ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb, təşkilatın ləğvi rəsmiləşib
Ümumrusiya Azərbaycan Konqressinin birinci instansiya məhkəməsinin və Apellyasiya Kollegiyasının qurumun ləğvi haqqında qərarından Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə noyabrın 2-də verdiyi kassasiya şikayəti geri qaytarılıb. Məlumata görə, Ali Məhkəmənin Rəyasət Heyəti ÜAK-ın kassasiya şikayətini geri qaytarıb.
İspan vəkil: "Erməni təbliğatı Kataloniyadakı vəziyyəti separatçı millətin mübarizəsinə bənzətməyə çalışır"
İlk növbədə, qeyd edim ki, ölkələrimiz arasında yaxşı münasibətlər qurulub. Azərbaycanla siyasi münasibətlərimiz problemsiz inkişaf edir. Bu, çox vacibdir, çünki diplomatiyada heç bir problemin olmadığı ölkə ilə əlaqələr qurmaq rahatdır. Ölkələrimiz bir-birindən elə də uzaqda yerləşmir, ancaq məsələn, vətəndaş cəmiyyəti və biznes sahəsində daha geniş əlaqələr çatışmır. Siyasi münasibətlər yaxşı səviyyədədir, lakin insanlar, assosiasiyalar, şirkətlər arasındakı əlaqələr çox nadir və təsadüfidir. Məhz bu cəhətləri təşviq etmək istəyirik, başqa sözlə, ölkələrimiz arasında daha çox mədəni və iqtisadi əlaqələr olmasını istəyirik.
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı VAXT AÇIQLANDI
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınmasına 2018-ci ilin birinci yarısının sonunda başlanılacaq. Bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Gürcüstanın İctimai televiziyasına müsahibəsində deyib. Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir və turistlər üçün maraqlı olan şəhərləri əhatə edir: "Əminəm ki, bu yol həm sərnişinlər, həm də yüklər üçün cəlbedici olacaq".
Hugues Krafft’s stunning 19th century views of Baku unearthed in Reims
Some unique – and hitherto unseen – photographs of 19th century Baku have been exhibited at the Musée-Hôtel Le Vergeur in Reims, France, as an initiative of the French office of The European Azerbaijan Society (TEAS) Foundation. The private view and inauguration cocktail, attended by around 60 people, took place on 24 November, in the presence of H.E Rahman Mustafayev, Ambassador of Azerbaijan to France; H.E. Ecaterine Siradze-Delaunay, Ambassador of Georgia to France; and Pascal Labelle, Deputy Mayor of Reims in charge of Culture.














