Gündəm

Telefon oğrusu ələ keçdi

28 Noyabr 2017 16:48

Mağazadan 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, avqustun 17-də Nəsimi rayonu ərazisindəki mağazaların birindən 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Şəmsurə Məmmədzadə 22-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Onlayn mediaya dövlət qayğısı artırılır

28 Noyabr 2017 16:47

Müasir dünyada informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı sosial media adlanan yeni medianın tətbiqini zəruri edib. Dövlətlərin və hökumətlərin istəyindan asılı olmayaraq yeni media yayılmaqda və öz qanunlarını diktə etməkdədir. Məlumdur ki, yeni medianın özəlliklərini həzm etməyən dövlətlər onun təsirindən yayınmaq məqsədilə müxtəlif yollara əl atır, qanunvericiliyin sərləşdirilməsi ilə ondan istifadəni məhdudlaşdırmağa çalışırlar.

Ankarada əməliyyat - 98 nəfər saxlanıldı

28 Noyabr 2017 16:43

Ankara polisi əməliyyat keçirib. Məlumata görə, bu dəfə keçirilən xüsusi əməliyyat narkotika alverçilərinə qarşı olub. Polisin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 98 nəfər narkotik vasitə satıcısı saxlanılıb. Saxlananların hamısının Türkiyə vətəndaşları olduqları bildirilir. Polis xüsusi əməliyyatın gün ərzində davam edəcəyi barədə məlumat yayıb.

Şaxta Baba Rusiyada qadağan olundu?

28 Noyabr 2017 16:41

Şaxta Babaların Rusiyanın Novosibirsk şəhərində tədbirlərə dəvət edilməsinin qadağan edilməsi məsələsinə şəhər rəhbərliyi aydınlıq gətirib. Məlumata görə, şəhər rəhbərliyi bunun hər hansı bir başqa səbəblə deyil, məhz psixoloqların məsləhəti ilə olduğunu deyib. Belə ki, psixoloqlar Şaxta Babaların əsasən uşaq bağçalarında azyaşlıları qorxuda biməsini qeyd ediblər. Mütəxəssislər bayram şənliklərində yalnız Qar qızların olmasının məsləhətəuyğun olduğunu bildiriblər.

Ağrılarla həkimə getdi, qarnından çıxanlar HƏR KƏSİ ŞOKA SALDI

28 Noyabr 2017 16:36

Şiddətli qarın ağrısı ilə xəstəxanaya gedən qadın həkimləri şoka salıb. Türkiyənin Trabzon şəhərində 35 yaşlı N.A. qarın ağrısı ilə həkimə müraciət edib. Tomoqrafiya müayinəsi nəticəsində onun qarnında dəsmal olduğu aşkarlanıb. Məlum olub ki, dəsmal 3 il əvvəl qadın xaricdə histerektomi əməliyyatı edilərkən həkim səhvi nəticəsində qarnında qalıb.

Vidadi Bərdəlinin anım mərasimi keçiriləcək

28 Noyabr 2017 16:33

Mərhum sənətçi Vidadi Bərdəlinin anım mərasimi keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, anım mərasimi noyabrın 30-da “Şam bağı” restoranında baş tutacaq. Tədbirdə Azərbaycan mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən ictimai xadimlər iştirak edəcək. Tədbirin aparıcısı Nuranə Andronova, təşkilatçısı isə Vidadi Bərdəlinin prodüseri çalışmış Toma Cəlilovadır.

Güləş üzrə Azərbaycan çempionatı yeni qaydalar əsasında keçiriləcək

28 Noyabr 2017 16:32

14-18 dekabr 2017-ci il tarixdə Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1999-cu il və yuxarı təvəllüdlü idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. 

Prezident Tərtər və Ağcabədi rayonlarına səfər edib

28 Noyabr 2017 16:30

Noyabrın 28-də Prezident İlham Əliyev Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib.

Ərli qadın gizlicə başqası ilə sevişdi, intim videosu çəkildi, sonra... - Bakıda ŞOK OLAY

28 Noyabr 2017 16:25

Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Yasamal rayonunda yaşayan Akif Rüstəmov əvvəllər məhkumluq həyatı yaşayıb. İki uşaq atası olan Akif Samirə Babayeva (ad və soyad şərti verilib - red.) ilə sossial şəbəkələrdən birində tanış olub. Onlar virtual aləmdə olan münasibətlərini daha sonra real həyatda davam etdiriblər.

Nardaran hadisələrinin arxasındakı gözəgörünməz qüvvələr kimlər idi?

28 Noyabr 2017 16:22

Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən birinə çevrilib. İstər islami dini cərəyanlar arasında, istərsə də Protestanlıq, Hinduizm kimi qeyri-islami dinlərdə radikallaşma meyilləri XX əsrin sonlarından etibarən xeyli artmışdır.

“Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans

28 Noyabr 2017 16:19

Noyabrın 28-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və  Bilik Fondunun birgə təşkilatçılığı ilə “Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans keçirilib. Olaylar.az bildirir ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında iki qurum arasında bağlanmış Əməkdaşlıq sazişinə əsasən keçirilən konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev konfransın gündəliyi haqqında iştirakçılara məlumat verib. General-leytenant ordumuzun müasir tələblərə cavab verən silah və texnika ilə davamlı olaraq təmin olunduğunu qeyd edərək müdafiə və təhlükəsizlik prinsiplərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb.

Bilik yarışmasının qalibləri mükafatlandırılacaq

28 Noyabr 2017 16:16

Noyabrın 29-da “Mən Azərbaycanlıyam” adlı milli bilik yarışmasının 7-ci mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, mərasim "Park İnn" otelində baş tutacaq. Mükafatlandırma mərasimində gənclər və idman naziri  Azad Rəhimov, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramil Quluzadə, təhsil naziri Mikayıl Cabbarov və digər rəsmilərin  iştirakı gözlənilir.

İngilis dili resurs mərkəzləri yaradılıb

28 Noyabr 2017 16:13

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində İngilis dili resurs mərkəzləri yaradılıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council”un birgə əməkdaşlığı çərçivəsində yaradılan İngilis dili resurs mərkəzləri müəllimlərin dil və tədris bacarıqlarını təkmilləşdirmək, şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq və onların əldə etdikləri xarici dil biliklərini daha da möhkəmləndirmək məqsədlərinə xidmət edir. Mərkəzlər Böyük Britaniyadan sifariş olunmuş kitablarla tam təmin olunub.Mərkəzlərdə müəllimlərin peşəkar inkişafı və onların xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək üçün Britaniya Şurası Təşkilatının təlimçiləri tərəfindən təlimlər və danışıq klubları təşkil olunacaq.

Fransa ilə təcrübə mübadiləsi seminarı keçirilir

28 Noyabr 2017 16:10

Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən Bakı şəhərində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilir.

İŞİD ABŞ və Britaniya əhalisini təhdid etdi: “Terror aktları olacaq”

28 Noyabr 2017 16:06

İŞİD-ə yaxın sosial şəbəkə hesablarında Milad bayramında bəzi yerlərdə terror aktlarının planlaşdırılması barədə xəbərdarlıqlar yayılıb. Yayımlanmış şəkillərdən birində Milad bayramında Nyu-Yorkda partlayış törədiləcəyi ilə bağlı təhdid var.