Gündəm

"9 il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim"

28 Noyabr 2017 17:29

Mən doqquz il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim – Azərbaycanla münasibətləri hərtərəfli möhkəmləndirmək. Məlumata görə, bu barədə ötən gün Rusiyanın Azərbaycanda səlahiyyət müddətini başa vurmuş səfiri Vladimir Doroxinin səfirliyin saytında dərc edilmiş müraciətində deyilir.

Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsindən azad olundu

28 Noyabr 2017 17:26

Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsindən azad olunub. Bakı istintaq təcridxanasının rəisi Rəşid Səfərov tutduğu vəzifədən azad olunub. Onun yerinə 3 saylı istintaq idarəsinin rəisi Elnur İsmayılov təyin olunub.

Prezident İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib

28 Noyabr 2017 17:20

Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Azay Quliyev: ATƏT məkanında demokratiya böhranı ilə necə mübarizə aparılacağı əsas çağırışlardan biridir

28 Noyabr 2017 17:07

ATƏT məkanında demokratiya böhranı ilə necə mübarizə aparılacağı əsas çağırışlardan biridir. Məlumata görə, bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda (DTİHB) bu gün keçirilən “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” seminarında çıxışında deyib.

Pxenyan bir il sonra nüvə silahının hazırlamasını başa çatdıra bilər

28 Noyabr 2017 17:04

Koreya Xalq Demokratik Respublikası (KXDR) bir il sonra nüvə silahının yaradılması üzrə işlərin tamamlandığını elan edə bilər. Bu haqda yarımadanın birləşməsi üzrə Cənubi Koreya naziri Ço Men Qen deyib.

Səudiyyə Ərəbistanında ikinci həbs dalğası – Bu dəfə KRALIN QIZLARI

28 Noyabr 2017 17:03

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmri ilə şahzadələrin ardınca kral ailəsinin qadın üzvlərinin də həbs edilməsinə başlanılıb. Həbs edilən qadın şahzadələr ayrı hotelə yerləşdirilib. Əvvəlki kral Abdullah ibn Əbdüləzizin Fransaya sığınan oğlu Əbdüləzizdən başqa, bütün oğulları həbs edilmişdi. Növbəti mərhələdə isə kralın qızları həbs edilib. Həbs edilən şahzadələrin vəliəhd Məhəmməd ibn Salmanın idarəçiliyinə qarşı olduğu bildirilib.

Özbəkistan Səfirliyi MEK-ə kitab hədiyyə etdi

28 Noyabr 2017 17:01

Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi AMEA Mərkəzi Elmi Kitabxanasına Özbəkistanın tarixini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitablar hədiyyə edib. Olaylar.az bildirir ki, kitablar MEK-in Akademiklər zalında yerləşən Diplomatik fondda bu ölkə üçün ayrılmış xüsusi guşədə yerləşdirilib. Kitabları MEK-ə Özbəkistan Səfirliyinin müşaviri Muxammad Botraliyev, səfirliyin digər əməkdaşları Baxodir Musaxocayev və Oybek Akramov təqdim ediblər. Akademiklər zalında keçirilən görüşdə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova türk ölkələri içərisində Özbəkistana aid bölmənin yaradılmasından və qardaş ölkə ilə təməli qoyulan yeni əməkdaşlıqdan məmnun olduğunu söyləyib.

İŞİD-in birinci ledisi SİRLƏRİ açdı: "Üstünə bıçaq çəkib..." - VİDEO

28 Noyabr 2017 17:01

İngilis əsilli Tanya Georqles 10 il əvvəl İŞİD-in idarə heyətinin üzvlərindən biri olan Con Georqles ilə ailə quraraq Suriyaya gedib. O, dəstə üzvləri içərisində sevilən xanımlardan olub. Deyir ki, ilk əvvəl hər şeyin yaxşı olacağını düşünsə də, hər gecə silah səsləri, partlayışlar onu dəli etməyə başlayıb: "17 yaşında ailə qurmuşdum. Yoldaşımın təkidi ilə dinə uyğun şəkildə yaşamağa başlamışdım. Baş örtüsü, müəyyən qaydalar və s. Əvvəl yaşadığım yerdə o qədər də əxlaqlı həyat tərzi keçirdiyimi deyə bilmərəm. 2013-cü ildə Suriyaya köçdük. Ona görə istəmirdim ki, yoldaşımın Suriyada dostları məni "əxlaqsız Tanya" kimi tanısınlar. Yoldaşım çox ağıllı, intellektual adam idi və mənim ona aşiq olmağımın ilk səbəblərindən biri də bu olub."

Əlillərələ bağlı yeni qanun layihəsi hazırlanıb

28 Noyabr 2017 16:59

Azərbaycanda əlillərlə bağlı yeni qanun layihəsi hazırlanıb. Bu barədə Milli Məclisdən verilən məlumata görə, yeni qanun layihəsi Prezident Administrasiyasına göndərilib. Məlumatda bildirilib ki, yeni qanun layihəsi yaxın vaxtlarda Milli Məclisə daxil olacaq və bununla bağlı müzakirələr aparılacaq.

“Oyuq”çular sosial layihədə

28 Noyabr 2017 16:59

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti sosial aksiyanı həyata keçirməklə özünün maarifləndirmə missiyasını davam etdirməkdədir. Belə ki, 3 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının fəalları, eləcə də fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin iştirakı ilə klip və tamaşa hazırlamaqla ictimaiyyətin diqqətini bu vacib məsələyə yönəltməyə çalışıb. Olaylar.az bildirir ki, tədbirdə ilk olaraq “Əlimdən tut” adlı mahnıya çəkilən sosial klip-musiqili çarx tamaşaçıların ixtiyarına veriləcək. Sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Vüqar Camalzadəyə aid mahnının ekran həlli olan klipdə studiyanın yetirmələri ilə yanaşı peşəkər aktyorlar, həmçinin UAFA təşkilatının üzvü olan fiziki məhdudiyyətli fəal uşaq və yeniyetmələr rol alıblar. Uşaqlara sevgi, həmrəylik, qarşılıqlı anlaşma və özünə inam aşılayan sosial çağırışlı klipin ideya müəllifi və rejissoru Səidə Haqverdiyevadır.

Maşınların qəniminin əlləri qandallanıb

28 Noyabr 2017 16:56

Avtomobildən maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 20-də Nəsimi rayonu ərazisində 2 avtomobildən maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Nəcəf Hüseynov Xətai rayonu ərazisində Kriminalistik Tədqiqatlar İdarəsi, Nəsimi və Xətai RPİ-lərin əməkdaşları tərəfindən saxlanılıb.

Oğurluqla məşğul olan qardaşlar saxlanıb

28 Noyabr 2017 16:54

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar2a verilən məlumata görə, noyabrın 23-də Nəsimi rayonu ərazisindəki müəssisələrin birinin anbarından 1 ədəd xalça və 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəvan İbrahimov və qardaşı Elyanar 21-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Keçmiş məhkum 2 nəfəri bıçaqlayıb

28 Noyabr 2017 16:52

Bir neçə şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da Ümid Abbaszadəyə və Rəşid Əhmədzadəyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldost Ələkbərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Oğrunun digər əməlləri ifşa edilib

28 Noyabr 2017 16:51

Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan şəxsin törətdiyi digər cinayət əməli də aşkar edilib. DİN-dən “Olaylar”a verilən mlumata görə, Bakı BPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Əsmər Hüseynovanın ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 22-də metronun Gənclik stansiyasında Bakı şəhər sakini S.Məhərrəmovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.

Evdən qızıl aparan yaxalanıb

28 Noyabr 2017 16:50

Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon ərazisindəki evlərin birindən 3700 ABŞ dolları dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Sərdar Qurbanov saxlanılıb.