Gündəm

Feysbuk istifadəçiləri TƏHLÜKƏDƏ

28 Noyabr 2017 18:40

2 milyarddan çox istifadəçisi ilə dünyanın ən böyük sosial şəbəkəsi olan feysbuk istifadəçilərinin təhlükəsizliyi sual altındadır. Bu təhlükə İranlı proqram mütəxəssisi tərəfindən aşkarlanıb.İranlı proqramçı Puya Darabinin aşkarladığı bu təhlükə insanların xəbərləri olmadan şəkillərinin silinməsinə səbəb olurdu.

İlham Əliyev Qalağayın-Muğan Gəncəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib

28 Noyabr 2017 18:35

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyev Sabirabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

28 Noyabr 2017 18:32

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məşhur müğənnilər BOŞANDI – 20 İLLİK SEVGİ BİTDİ – VİDEO

28 Noyabr 2017 18:30

Türkiyənin məşhur repçisi Saqopa Kajmer (Yunus Özyavuz), instaqram hesabından 11 illik həyat yoldaşı Koleradan (Esen Güzel) boşandığını bildirib. Onun açıqlaması isə belədir: “20 illik dostum, 11 illik həyat yoldaşım Esenlə yollarımızı ortaq qərar verərək ayırdıq. Əziz Esenə mənə öyrətdikləri və mənim üçün etdikləri üçün minnətdaram. Bundan sonra hər ikimiz başqa həyatlar yaşayacağıq. Ona görə də, bundan sonra paylaşımlar edərkən bizi işarələməyin. Rəy yazanda diqqətli olun, qəlb qırmayın.

Doğulduğumuz saat gələcək həyatımıza necə təsir edir?

28 Noyabr 2017 18:25

Doğulduğumuz saat gələcək həyatımızı və xarakterimizi müəyyən edir. Doğum saatı hər bir insanın taleyinə müvafiq olaraq təsir göstərir. Astrologiyada 2 saat olmaqla günü 12-yə bölmək qəbul edilib.

Estoniyada NATO-nun kibertəlimləri başladı

28 Noyabr 2017 18:21

Estoniyada NATO-nun "Cyber Coalition" adlı genişmiqyaslı kibertəlimləri başlayıb. Trend-in məlumatına görə, bu barədə ölkə Müdafiə Qüvvələri Baş Qərargahı xəbər yayıb. Məlumata görə, təlimlərdə infotexnologiyalar, hüquq sahəsi üzrə 700-dən artıq mütəxəssis, NATO-nun 25 ölkəsindən məmurlar iştirak edirlər.

Əli Həsənovun qazax dilinə tərcümə olunmuş kitabının Astanada təqdimatı keçirilib

28 Noyabr 2017 18:15

Noyabrın 28-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənovun qazax dilinə tərcümə olunmuş “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” kitabının təqdimatı keçirilib.

Argentinanın itən sualtı qayığından SON CÜMLƏ şifrələnib

28 Noyabr 2017 18:06

Bir neçə həftə əvvəl Atlantik okeanında Argentinanın itmiş “San Xuan” sualtı qayığından alınan son məlumat yayımlanıb. Məlumata görə, qayıq itməzdən əvvəl içəridə yanğının başladığı barədə məlumat komandanlığa çatdırılıb. Məruzədə deyilir: “Akkumulyatorlara dolan su kütləsi qısa qapanmaya səbəb olub və nəticədə yanğın başlayıb. Qayığın burun hissəsindəki akkulmlyatorlar sıradan çıxıb”.

Norveç dənizi coşdu - 5,6 bal gücündə zəlzələ

28 Noyabr 2017 18:04

Norveç dənizində güclü zəlzələ baş verib. Məlumata görə, ABŞ Geoloji Xidməti zəlzələnin 5,6 gücündə qeydə alındığını bildirib. Məlumata görə, gündüz saatlarında baş verən zəlzələ Xarstat kommunasından 647 kilometr məsafədə olub. Zəlzələnin dənizin 10 kilometr dərinliyində baş verdiyi qeyd olunub. İnsan təlafatı barədə məlumat daxil olmayıb.

Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimində iştirak edib

28 Noyabr 2017 18:02

Noyabrın 28-də Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk sənaye məhəlləsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Neftçalada yaradılıb. Bu ilin sentyabrında dövlətimizin başçısının iştirakı ilə açılışı olan həmin məhəllədə indi 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində 474 yeni iş yeri açılıb. Sahibkarların marağı nəzərə alınaraq ərazinin genişləndirilməsi nəzərdə tutulur.

Əmək bazarının monitorinqi aparılacaq

28 Noyabr 2017 17:57

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın (müşahidə sisteminin) Konsepsiya sənədinin və Fəaliyyət Planının təqdimatı olub. S.Müslümov bildirib ki, ölkəmizdə əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınaraq, həmçinin əmək bazarında zəruri kvalifikasiyalar müəyyən olunmaqla orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətləri sırasındadır.

Dünyaya səs salan sui-qəsdi görüntüləyən fotoqraf: "Mustafa Kamal mənimlə idi"

28 Noyabr 2017 17:40

""İndi qaçsan, canını qurtarsacaqsan. Amma qaçma. Sən jurnalistsən. Bu sənin məsuliyyətindir. Sakit şəkildə, ümidlə işini gör" dedim öz özümə. Bütün yaxşı jurnalistlər, anam, atam, Mustafa Kamal, müəllimlərim - hamısı o gün mənimlə idi. Mən bunu etməklə pis jurnalistlərə “iş belə görülür” demək istəyirdim. Böyük ehtimalla ağır yaralanardım, ya da ölərdim. Ancaq ən azından boş yerə ölməmiş olacaqdım”.

Zərrab məsələsi hətta Fətullah Güləni də arxada qoydu

28 Noyabr 2017 17:37

İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozmaqda və bu ölkəyə aid on milyardlarla dollar pulu qurama şirkətlər üzərindən, yaxud nəğd şəkildə daşımaqda ittiham olunaraq ABŞ-da həbs edilən İran azərbaycanlısı Rza Zərrabın istintaqla anlaşaraq Türkiyə rəhbərliyi əleyhinə ifadələr verdiyinə dair şübhələr artır.

Qırğızıstanın yeni prezidenti ilk xarici səfərini Rusiyaya edəcək

28 Noyabr 2017 17:35

Qırğızıstanın yeni prezidenti Sooronbay Jeenbekov bu postda ilk xarici səfərini Rusiyaya edəcək. Səfər noyabrın 29-da baş tutacaq. Daha sonra dövlət başçısı Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak etmək üçün Minskə gedəcək. 

MHP lideri: Rza Zərrab kimdir ki, ona görə bizi hədələyirlər?

28 Noyabr 2017 17:33

“Rza Zərrab barəsində qərar Türkiyə məhkəmələrində verilməlidir”.  Bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib. MHP lideri bildirib ki, qaçaqmalçının, cinayətkarın etdiyi əməllərə Türkiyə Respublikasında hüquqi qiymət verilməlidir.