Gündəm
İngilis dietoloq: Qoz-fındıqla müqayisədə kartofda daha çox selenium var
Uzun zamandır ki, dietoloqlar kartofun insan orqanizminə xeyrindən danışmaq istəmirdilər. Lakin indi alimlər etiraf edirlər ki, kartofun insana çox böyük xeyri var və bu tərəvəzdə faydalı elementlər boldur.Bananla müqayisədə kartofda toxumalı nişasta 5500 dəfə çoxdur. Üç avokadoda olan C vitamini isə 1 kartofda olur. Üstəlik gündə iki dəfə kartof yeyən yüksək qan təzyiqli insanların orqanizmlərində problemlər azalır, izafi çəki yığılmır.
Nəm salfetlərlə bağlı dəhşətli faktlar…
Nəm salfetlərdən istifadə etdikdən sonra hökmən əllərinizi yuyun.Bunu Türkiyə “19 May” Universitetinin akademiki, professor İsmayıl Gömrükçüoğlu deyib. Akademik nəm salfetlərdə kimyəvi məhlullardan istifadə olunduğunu,bunun isə insan dərisi üçün zərərli olduğunu deyib.
Qadını gözəlləşdirən içki hansıdır?
Spritli içkilər dərini korlayır. Spritin tərkibindəki maddalər antioksidantaları təsirsiz vəziyyətə gətirir. Lakin spritli içki ilə birlikdə portağal suyu qəbul edilsə, onun mənfi təsirləri aşağı düşür.
İnsanın əhval-ruhiyyəsini tənzimləyən neyron çipləri yaradılıb
Amerikalı hərbçilər tərəfindən maliyyələşdirilən alimlər insanın əhval-ruhiyyəsinin avtomatik idarə olunması üçün sistem hazırlayıblar. Sistem avtomatik rejimdə beynin aktivliyini izləyir və onun işində xroniki depressiya və başqa psixi pozuntular doğuran nasazlıqları aradan qaldırır.
Reaktiv təyyarə “LTE” şəbəkəsinin etibarlığını yoxlayıb
"LTE" standartlı şəbəkələr istifadəçi yüksək sürətlə hərəkət edəndə də yüksəksürətli bağlantını və stabilliyi təmin edə bilir. Bu qənaətə "LTE" şəbəkəsinin keyfiyyətini reaktiv təlim təyyarəsi vasitəsilə yoxlayan İsveçin "Ericsson" şirkətinin mütəxəssisləri gəliblər.
Mühazirə zamanı noutbukdan istifadə tələbələrin biliklərə yiyələnməsinə mane olur
Ekspertlər noutbuk və planşetlərin tələbələrin bilik almasına mane olmasını sübut ediblər. Prinston və Kaliforniya universitetlərinin alimləri cihazlardan istifadənin tələbələrin biliklərə yiyələnməsinə təsirini araşdırıblar. Məlum olub ki, adi qələm və dəftər dərs zamanı daha faydalıdır.
“iOS” sistemi üçün “YouTube” yenilənməsi batareyanın enerjisinin tez bitməsi problemini həll edib
Bir neçə həftə əvvəl “YouTube” əlavəsinin “iOS 11” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların enerjisini tez sərf etməsi məlum olub. Noyabrın 27-də proqram üçün problemi aradan qaldıran yenilənmə buraxılıb.
Kvant şifrləmə zamanı məlumatların ötürülməsi sürəti 5-10 dəfə artırılıb
Dyuk Universiteti, Ohaya Universiteti və ABŞ-ın Ok-Ric şəhərində yerləşən Milli Laboratoriyanın kvant təhlükəsizliyi üzrə mütəxəssisləri tərəfindən hazırlanmış yeni sistem şifrləmə kodlarını başqa kvant sistemləri ilə müqayisədə 5-10 dəfə daha sürətli yaradır və paylaşdırır.
Musiqili Teatrın həftəsonu AFİŞASI
“LG” ekranlı ilk “Samsung” televizorları 2018-ci ildə satışa çıxarılacaq
“Samsung” və “LG” arasında tarixdə ilk dəfə bir şirkətdən digərinə ekranların tədarükü sahəsində əməkdaşlıqla bağlı danışıqlar başa çatıb. “LG” displeylərinin istifadə olunacağı ilk “Samsung” televizorları 2018-ci ildə satışa çıxarılacaq. Tədarük həcminin 100 min ədəd təşkil edəcəyi gözlənilir. Bu barədə “The Investor” nəşri mənbələrə istinadən məlumat verib.
Yaşıl rəngdə olan meyvələr diabet riskini azaldır
Yaşıl rəngdə olan meyvə tərəvəz diabet riskini azaldır. Türkiyə mətbuatının verdiyi məlumata görə, ingilis alimlər bu qənaətə gəliblər. Brokoli, xiyar, ispanaq, lobya kimi yaşıl və vitamin, minerallarla bol tərəvəzlər diabetdən başqa xəstəliklərin qarşısının azlınmasında faydalıdır. Tibbi araşdırmalara görə, gündə bir porsiya yaşıl tərəvəz ikinci tip diabetin qarşısını almağa 14 faiz yardımçı olur.
Qida zəhərlənməsi: Nələrə diqqət etməli?
Qarın ağrısı, ürək bulanma, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsinin xəbərçisidir. Bu əlamətlərin sırasına qızdırma da daxil olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Əsasən isti havalarda tez-tez rast gəlinən, hətta ölümə belə yol açan bu gizli təhlükəyə qarşı necə qorunmalı, nələrə diqqət etməliyik?
Diqqət: Gündə bir yumurta yemək insultun qarşısını 12 faiz alır
İnsultun qarşısını alan vasitələr arasında hamı üçün əlçatan olan vasitələr var. ABŞ alimləri müəyyən ediblər ki, toyuq yumurtası beyinə qan sızmasının qarşısını almağa səmərəli kömək edir. Miçiqan Universitetinin elmi işçiləri bir neçə tədqiqat məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər. Alimlər müəyyən ediblər ki, hər gün cəmi bir yumurta yemək insultun qarşısını 12 faiz alır.
Kirpilər məhv ola bilər - SƏBƏB?
Rusiyada noyabr ayının anomal isti keçməsi kirpi və qış yuxusuna gedə bilməyən digər heyvanların kütləvi məhvinə səbəb ola bilər. Məlumata görə, Rusiyanın Ural bölgəsində bu ayın isti keçməsi il əlaqədar heyvanlar qış yuxusuna gedə bilmir. Kirpilərin qış ayları üçün yığdığı piy ehtiyatı aktivlik şəraitində daha tez əriyə bilər.
XƏBƏRDARLIQ: Ucuz ayaqqabılar insan sağlamlığı üçün təhlükəlidir!
Geyim əşyalarından olan ayaqqabılar da bəzən sizi həkimlərdən asılı vəziyyətə sala bilər. Ucuz ətin şorbası olmadığı kimi, ucuz ayaqqabıların da heç bir keyfiyyəti olmaz. Üstəlik bu cür ayaqqıbını sağlam ayaqla geyib xəstə ayaqla çıxarda bilərsiniz.








_().jpg)





