Qida zəhərlənməsi: Nələrə diqqət etməli?

Qarın ağrısı, ürək bulanma, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsinin xəbərçisidir. Bu əlamətlərin sırasına qızdırma da daxil olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Əsasən isti havalarda tez-tez rast gəlinən, hətta ölümə belə yol açan bu gizli təhlükəyə qarşı necə qorunmalı, nələrə diqqət etməliyik?

Qarın ağrısı, ürək bulanma, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsinin xəbərçisidir. Bu əlamətlərin sırasına qızdırma da daxil olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Əsasən isti havalarda tez-tez rast gəlinən, hətta ölümə belə yol açan bu gizli təhlükəyə qarşı necə qorunmalı, nələrə diqqət etməliyik?

Mədə-bağırsaq sistemində infeksion bir xəstəlik olan qida zəhərlənməsi istehlak etdiyimiz bəzi ərzaqların tərkibindəki müxtəlif mikroorqanizm və zəhərlərin (toksin) olması nəticəsində ortaya çıxır. Bundan başqa, yeməyin metal və bəzi kimyəvi maddələrlə təmas etməsi də zəhərlənməyə səbəb olur. Əsasən yay aylarında qeydə alınan zəhərlənmələrin qarşısını almaq üçün qəbul etdiyimiz yeməklərə diqqət etməliyik.

Beləliklə: ət və süd məhsulları, quş əti, sosiska, kolbasa, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, yumurta, limonad kimi qidalardan dolayı zəhərlənmə ortaya çıxır.

Ürək bulanma, qusma, qarın ağrısı, ishal kimi hallarla müşayiət olunan və yüksək qızdırma ciddi qida zəhərlənməsinə işarədir. Bu zaman mədədəki toksin tərkibli qidaların bayıra atılması üçün qusma xeyirlidir. Ancaq qusma az olarsa, toksinlərin hamısı qaytarılmadığından bir qismi bağırsaqlara keçir, nəticədə ishal yaşanır.

Qida zəhərlənməsi çox vaxt 2-3 gün içində yaxşılaşır. Yüksək qızdırma, qanlı ishal və şiddətli qarın ağrısı varsa, antibiotik istifadə edilə bilər. Sadə zəhərlənmələrdə antibiotiklərə ehtiyac yoxdur. Qusmaq üçün də dərman istifadə etmək olmaz.

Bu cür hallarla qarşılaşmamaq üçün probiotik və prebiotik qidalanma çox vacibdir. Açıqda satılan qidalardan və sulardan uzaq durun. Qoxusu, rəngi dəyişmiş, kiflənmiş qidaları yemək qətiyyən olmaz. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31