Gündəm

BTQ qatarı Türkiyədən yola çıxdı – İLK DƏFƏ

29 Noyabr 2017 10:54

Tarixi İpək yolunu canlandırmaq məqsədilə çəkilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyədən Azərbaycana gələcək ilk qatar yola çıxıb. Kənd təsərrüfatı məhsulları və inşaat ləvazimatları daşıyan qatar Mersin şəhərinin Tarsus bölgəsindən start götürüb.

Millət vəkili: "Türkiyə bölgədəki problemlərin həlli yolunu daha yaxşı bilir"

29 Noyabr 2017 10:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və İran prezidentləri ilə Soçidə keçirilən üçtərəfli görüşü zamanı toxunduğu məsələlər bu gün də gündəmdədir. Türkiyəli millət vəkili Murad Baybatur prezident Ərdoğanın çıxışı ilə bağlı qısa şərh verərək, onun Suriya mövzusundakı şəffaf mövqeyinə diqqət çəkib: "Ötən il Moskvada keçirilən görüş Suriya böhranının siyasi həlli üçün başlanğıc oldu.

Bacısının başını kəsən qızla bağlı GÖZLƏNİLMƏZ QƏRAR

29 Noyabr 2017 10:48

Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından verilən apelyasiya protestinə baxılıb.

Tillerson: “İŞİD heç bir yerə yox olmayacaq”

29 Noyabr 2017 06:28

"İraq və Suriyada İŞİD üzərində qələbədən sonra da terror təşkilatı heç bir yerə yox olmayacaq". Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. "İŞİD yeni yanaşmaları axtaracaq. Bu yanaşmalar, ehtimal ki, internetdə təbliğatdan ibarət olacaq", - o bildirib.

Cenifer Lopez məşhur brendin siması oldu

29 Noyabr 2017 06:26

“Guess” brendi sosial şəbəkədə 2018-ci il yaz reklam kampaniyasının qəhrəmanını təqdim edərək fotosessiyadan ilk kadrı yayımlayıb. Brendin siması 48 yaşlı müğənni və aktrisa Cennifer Lopesdir.

Məhkəmə 14 yaşlı qızla cinsi əlaqəni qanuni hesab etdi

29 Noyabr 2017 06:24

Fransada 14 yaşlı şagirdi ilə intim münasibətdə olan orta məktəb müəllimi şərti azadlıqdan məhrum edilib. Bu haqda “The Telegraph” nəşri bildirib. Nəşr yazır ki, ötən gün Fransa qanunvericiliyinə edilən dəyişikliyə əsasən, ölkədə seksual münasibətlərdə yaş həddi 13 yaşa endirilib. Bu o deməkdir ki, 13 yaşa qədər qızların cinsi əlaqəyə girməsi qanunla tənzimlənəcək. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, prokuror məhkəmədə riyaziyyat müəlliminə qarşı olduqca mülayim davranıb və bunu sevgi münasibətləri çərçivəsində qiymətləndirib.

Sirk zamanı DƏHŞƏT: Qəfəsdən qaçan şir iki azyaşlını... 

29 Noyabr 2017 06:17

Çində küçədə keçirilən sirk zamanı dəhşətli hadisə baş verib. Diqqətsizlik səbəbindən vəhşi heyvanlardan biri qəfəsdən qaçaraq insanlara hücum edib. Əhilləşdirildiyi deyilən şirlər 2 azyaşlını və 4 nəfər orta yaşlı tamaşaçanı dişləyib.

Milli İncəsənət Muzeyində diskussiya təşkil olunacaq

29 Noyabr 2017 06:16

Dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycanın ipək xəzinəsi: dünən, bu gün, sabah” mövzusunda diskussiya keçiriləcək. Olaylar.az bildirir ki, diskussiyada bədii tikmə üzrə aparıcı ekspertlər, müasir geyim dizaynerləri və “Art Loqos” sənətşünaslar klubunun üzvləri iştirak edəcəklər.

Rəssamları diplomlarla təltif olundular 

29 Noyabr 2017 06:13

Gənclər və İdman Nazirliyi və Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın birgə təşkilatçılığı ilə “Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə” mövzusunda sərgi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamları Yekaterina Bıçkova, Rəhilə Məlikova və Şahin Hüseynli fəal iştiraklarına görə fəxri diplomlarla təltif olunublar.

Bakı Milli Geyim Evi tələbələrə dəstək oldu

29 Noyabr 2017 06:09

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Bakı Milli Geyim Evinin təlim-tədris mərkəzinin açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, açılış mərasimində Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək müasir təhsildə tələb olunan, təcrübənin xüsusi rolundan, bu təlim-tədris mərkəzinin bütün imkanlarından istifadə edərək tələbələrə dərs və dərsdən kənar zamanlarda nəzəriyyə ilə təcrübəni bir araya gətirə biləcəklərini deyib.

Qış Olimpiadasının keçiriləcəyi şəhərdə "quş qripi" yayıldı

29 Noyabr 2017 06:04

2018-ci ilin fevral ayında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları ölkədə "quş qripi"nin yayılması xəbərlərindən narahatdırlar. Virus ölkənin cənub-qərbində yerləşən Çonbuk əyalətində aşkar olunub.

Həmkarının keçmiş xanımı Ronaldoya göz qoydu

29 Noyabr 2017 06:02

İsveçrəli futbolçu Blerim Dzemailinin keçmiş alban həyat yoldaşı Erjona Suleymani maraqlı açıqlaması ilə yenə gündəm olub. Daim gözəlliyi və açıq-saçıq geyimləri ilə diqqət çəkən Erjona bu dəfə çap etdirdiyi kitabındakı məqalə ilə səs-küy yaradıb.

Rusiyanın bir neçə universiteti ilə əməkdaşlıq müqavilələri imzalandı

29 Noyabr 2017 06:00

 Azərbaycan Dillər Universitetində universitet ilə Moskva Şəhəri Ali Təhsil İdarəsinin Dövlət Özəl Təhsil Müəssisəsinin Samara filialı arasında, həmçinin ADU-nun Rusiyaşünaslıq Elmi-tədqiqat laboratoriyası ilə Təhsil Müəssisəsinin Samara filialının Təhsilin inkişafı mərkəzi arasında beynəlxalq əməkdaşlıq müqavilələri imzalanıb. Olaylar.az bildirir ki, müqavilələr ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla və Təhsil Müəssisəsinin Samara filialının direktoru Qalina Kozlovskaya, həmçinin Rusiyaşünaslıq ETL-nin direktoru Məmməd Əliyev və Təhsilin inkişafı mərkəzinin direktorunun birinci müavini Elçin Həşimov tərəfindən imzalanıb.

ABŞ-dan Türkiyəyə ÇAĞIRIŞ

29 Noyabr 2017 05:54

"ABŞ coğrafi cəhətdən yaxın ərazidə yerləşmə və mədəni əlaqələri nəzərə alaraq Türkiyənin İranla qarşılıqlı fəaliyyətinin labüdlüyünü anlayır, lakin bu təmaslar NATO-nun bütün üzvlərinin maraqlarına uyğun olmalıdır". Bunu Vaşinqtonda çıxışı zamanı ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Makiyajınızın qalıcı olması üçün bunları edin...

28 Noyabr 2017 20:05

Dərinizi təmizləyin və nəmləndirin. Gözəl və uzun müddətli makiyajın ilk addımı dərinin təmiz və nəmli olmasıdır.Təmiz və nəmləndirilmiş dəri, makiyajı çox yaxşı hopdurur, makiyaja asanlıqla və homogen şəkildə adaptasiya olar. Nəmləndiricinin makiyaja qarşı ən yaxşı müttəfiq olduğunu unutmayın!Bəzən makiyaj üçün dərimizi təmizləməyi və nəmləndirməyi unuduruq. Amma dərimizin ən böyük düşməni budur əslində…