Rəssamları diplomlarla təltif olundular
Gənclər və İdman Nazirliyi və Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın birgə təşkilatçılığı ilə “Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə” mövzusunda sərgi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamları Yekaterina Bıçkova, Rəhilə Məlikova və Şahin Hüseynli fəal iştiraklarına görə fəxri diplomlarla təltif olunublar.
29 Noyabr 2017 06:13 Teatr və kinoGənclər və İdman Nazirliyi və Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın birgə təşkilatçılığı ilə "Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə" mövzusunda sərgi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamları Yekaterina Bıçkova, Rəhilə Məlikova və Şahin Hüseynli fəal iştiraklarına görə fəxri diplomlarla təltif olunublar.
Sərgidə Gənclər və İdman naziri Azad Rəhimov və İDEA İctimai Birliyinin təsisçisi və sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak edib. Sərginin keçirilməsində məqsəd - gənclərin ekoloji sahəyə marağını artırmaq və maarifləndirmək, onların yaradıcılıq potensiallarını dəstəkləmək və sosial təşəbbüskarlığı stimullaşdırmaqdır. Sərgidə 14-29 yaşlı gənclərin müxtəlif üslublarda işləri nümayiş etdirilmişdir.