Rusiyanın bir neçə universiteti ilə əməkdaşlıq müqavilələri imzalandı

 Azərbaycan Dillər Universitetində universitet ilə Moskva Şəhəri Ali Təhsil İdarəsinin Dövlət Özəl Təhsil Müəssisəsinin Samara filialı arasında, həmçinin ADU-nun Rusiyaşünaslıq Elmi-tədqiqat laboratoriyası ilə Təhsil Müəssisəsinin Samara filialının Təhsilin inkişafı mərkəzi arasında beynəlxalq əməkdaşlıq müqavilələri imzalanıb. Olaylar.az bildirir ki, müqavilələr ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla və Təhsil Müəssisəsinin Samara filialının direktoru Qalina Kozlovskaya, həmçinin Rusiyaşünaslıq ETL-nin direktoru Məmməd Əliyev və Təhsilin inkişafı mərkəzinin direktorunun birinci müavini Elçin Həşimov tərəfindən imzalanıb.

Azərbaycan Dillər Universitetində universitet ilə Moskva Şəhəri Ali Təhsil İdarəsinin Dövlət Özəl Təhsil Müəssisəsinin Samara filialı arasında, həmçinin ADU-nun Rusiyaşünaslıq Elmi-tədqiqat laboratoriyası ilə Təhsil Müəssisəsinin Samara filialının Təhsilin inkişafı mərkəzi arasında beynəlxalq əməkdaşlıq müqavilələri imzalanıb.

Olaylar.az bildirir ki, müqavilələr ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla və Təhsil Müəssisəsinin Samara filialının direktoru Qalina Kozlovskaya, həmçinin Rusiyaşünaslıq ETL-nin direktoru Məmməd Əliyev və Təhsilin inkişafı mərkəzinin direktorunun birinci müavini Elçin Həşimov tərəfindən imzalanıb.

Müqavilələr tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, bərabərlik, qarşılıqlı fayda əldə edilməsi, qarşılıqlı anlaşma, hörmət və etibar prinsipləri əsasında yüksək ixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişaf etdirilməsi, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi-araşdırma və təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

Müqavilələrin imzalanması mərasimindən sonra çıxış edən rektor K.Abdulla universitetdə Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan görüşlərin keçirildiyini söyləyib. 

Daha sonra çıxış edən rusiyalı qonaqlar bu əməkdaşlığın qurulmasından məmnun olduqlarını və birgə fəaliyyətin faydalı olacağından əminliklərini ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31