Əmək bazarının monitorinqi aparılacaq

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın (müşahidə sisteminin) Konsepsiya sənədinin və Fəaliyyət Planının təqdimatı olub. S.Müslümov bildirib ki, ölkəmizdə əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınaraq, həmçinin əmək bazarında zəruri kvalifikasiyalar müəyyən olunmaqla orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətləri sırasındadır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın (müşahidə sisteminin) Konsepsiya sənədinin və Fəaliyyət Planının təqdimatı olub. S.Müslümov bildirib ki, ölkəmizdə əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınaraq, həmçinin əmək bazarında zəruri kvalifikasiyalar müəyyən olunmaqla orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətləri sırasındadır. Nazir diqqətə çatdırıb ki, Konsepsiya sənədinə uyğun olaraq Milli Observatoriyanın fəaliyyətinin təşkili və idarəetmənin həyata keçirilməsi məqsədilə əmək bazarının proqnozlaşdırılması sahəsində prioritetləri və siyasəti müəyyən edən Milli Kvalifikasiyalar Şurasının, statistik məlumatların emalını və proqnozların hazırlanmasını təmin edən 10 nəfər yüksək ixtisaslı mütəxəssisdən ibarət analitik qrupun və proqnozların hazırlanması üçün zəruri statistik məlumatları təqdim edən aidiyyəti orqanların nümayəndələrindən ibarət dəstəkləyici qrupun yaradılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31