Opera səhnəsində yeni Əsli

 Dekabrın 6-da Akademik Opera və Balet Teatrında nümayiş olunacaq Üz.Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşasında Əsli rolunu gənc muğamçı Sədəf Budaqova ifa edəcək. Olaylar.az bildirir ki, Sədəf Budaqova 2015-ci ildə keçirilən televiziya muğam müsabiqəsində uğurla çıxış etmiş və III yerə layiq görülüb.

Dekabrın 6-da Akademik Opera və Balet Teatrında nümayiş olunacaq Üz.Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşasında Əsli rolunu gənc muğamçı Sədəf Budaqova ifa edəcək. Olaylar.az bildirir ki, Sədəf Budaqova 2015-ci ildə keçirilən televiziya muğam müsabiqəsində uğurla çıxış etmiş və III yerə layiq görülüb. Hazırda Sədəf rejissor Hafiz Quliyev və tarzən Elxan Mansurovun rəhbərliyi altında  "Əsli və Kərəm" operasının tamaşasında Əsli rolu üzərində çalışır və dekabrın 6-da ilk dəfə debüt edəcə. Tamaşada onun tərəf müqabili kimi Kərəm partiyasını teatrın solisti Elnur Zeynalov ifa edəcək. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31