Rəvanə Qurbanova Leyli obrazında
Dekabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı istedadlı muğam ifaçısı - Rəvanə Qurbanova opera səhnəsinin yeni Leylisi kimi çıxış edəcək. Olaylar.az bildirir ki, R.Qurbanova Rəvanə 2007-ci ildə keçirilən muğam müsabiqəsində III yeri qazanıb. Elə həmin ildən Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır. Onun adı gənc istedadların Qızıl kitabına daxil edilmişdir.
28 Noyabr 2017 16:05 MədəniyyətDekabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı istedadlı muğam ifaçısı - Rəvanə Qurbanova opera səhnəsinin yeni Leylisi kimi çıxış edəcək.
Olaylar.az bildirir ki, R.Qurbanova Rəvanə 2007-ci ildə keçirilən muğam müsabiqəsində III yeri qazanıb. Elə həmin ildən Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır. Onun adı gənc istedadların Qızıl kitabına daxil edilmişdir.
Rəvanə Qurbanova bir neçə müddətdir ki, Azərbaycan Respublikasının Əməkdar artisti tarzən Elxan Mansurovla gərgin məşqlər edir və partiyanı mükəmməl öyrənərək artıq səhnə məşqlərinə başlaylb. Məcnun rolunda onunla birlikdə Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Səbuhi İbayev çıxış edəcəkdir. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.