Gündəm

Silsilə oğurluqla məşğul olan şəxs  saxlanıb

7 Dekabr 2017 15:17

Oğurluqda şübhəli bilinən Saatlı rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 4-nə keçən gecə Xətai rayonu ərazisindəki evlərin birindən 200 manat oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Əhmədağa Əkbərov 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun həmin gün Bakı şəhər sakinləri Rəsul Əliyevə və qardaşı Fəridin pul və mobil telefonunu oğurlaması da müəyyən edilib.

Avtomobil vuran piyada hadisə yerində ölüb

7 Dekabr 2017 15:15

Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 6-da saat 15 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Hikmət Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini  Çingiz Balayevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Bir sıra oğurluq cinayətlərinin üstü açılıb

7 Dekabr 2017 15:14

Müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması təmin edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 6-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması təmin edilib. Xəzər RPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 29-da rayon ərazisində 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaqani Xairov, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 5-də  rayon ərazisində 1 nəfərin velosipedini  oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini Elməddin Şahiyev saxlanılaraq istintaqa təhvil veriliblər.  

Ermənilərlə işbirliyi olan Xalq artistinin QIZI HƏR ŞEYİN ÜSTÜNÜ AÇDI: "Bəlkə buradan getdim, onlar mənimçün..."

7 Dekabr 2017 15:12

“Bəzi adamların Şəfanın uğurlarını deyil, həyatındakı pis və ermənilərlə bağlı hadisələrdən xəbər tutub onu qabartmağa çalışdıqlarına artıq öyrəşmişəm. İlk növbədə onu qeyd etməliyəm ki, erməni ilə əməkdaşlıq etməmişəm. Məni ittiham edənlər niyə Azərbaycanı İranda, Rusiyada və başqa ölkələrdə peşəkar stilist kimi təmsil etməyimdən danışmırlar? İranda məni qarşılamaq üçün 240 nəfər toplanmışdı, hətta fişənglər atdılar. Niyə xəbər saytları bir dəfə də olsun mənim nailiyyətlərimdən yazmır? Heç olmasa Azərbaycan vətəndaşının başqa ölkədə belə yüksək səviyyədə qarşılanmasından yazardılar... Əsl vətənpərvər insan işgüzar Azərbaycan qadınının yaxşı işlərini üzə çıxartmalıdır. Öz ölkəsi üçün çox işlər görən insanı cəmiyyətə təqdim etməli idilər. Qoy hamı bilərdi ki, Azərbaycanda belə xanımlar da var. Həmişə sadə insan olmuşam, özümü tərifləməyi özümə rəva görməmişəm. Amma daha susmayacam”.

Pavlo Klimkin: "Azərbaycan, Gürcüstan və Moldova ərazisindəki münaqişələrin həlli üçün səylərimizi artırmalıyıq"

7 Dekabr 2017 15:09

ATƏT ərazisində həlli uzanan münaqişələr təhlükəsizliyə təhdid olmağa davam edir. Məlumata görə, bu sözləri Ukrayna xarici işlər naziri Pavlo Klimkin ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib.

Gürcüstanda azərbaycanlıların məskunlaşdığı ərazilərdəki torpaq sahələri Patriarxlığa bağışlanıb

7 Dekabr 2017 15:06

Gürcüstan hökuməti ölkə Patriarxlığına torpaq sahələrinin verilməsi ilə bağlı növbəti qərar qəbul edib. Qərara əsasən, Gürcüstan Patriarxlığına Tbilisinin azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində kənd təsərrüfatı təyinatlı olmayan 1000 kv metr torpaq sahəsi bağışlanıb. 

Yeni nəsil şəxsiyyət vəsiqələrinin əlavə üstünlükləri açıqlanıb

7 Dekabr 2017 15:01

Yeni nəsil şəxsiyyət vəsiqələrinə "elektron imza" sertifikatlarının daxil edilməsi üçün Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) infrastruktur hazırlanıb. Bunu açıqlaması zamanı MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov bildirib.

ABŞ dövlət katibi: "Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməliyik"

7 Dekabr 2017 14:59

"ABŞ ATƏT-in Minsk qrupununDağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəkləyir. Biz Dağlıq Qarabağmünaqişəsində irəliləyiş əldə etməliyik". Məlumata görə, bu sözləri  ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı ABŞ dövlət katibi Reks Tillerson deyib.

9 dərəcə şaxta olacaq  

7 Dekabr 2017 14:54

Bakıda və Abşeron yarımadasında dekabrın 8-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Penitensiar xidmətin əməkdaşları üçün seminar keçirilib

7 Dekabr 2017 14:48

Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planına əsasən həyata keçirilən Avropa ittifaqı və Avropa Şurasının “Azərbaycanda penitensiar xidmətin islahatlarına əlavə dəstək” birgə layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlər davam etdirilir.

Seçki Məcəlləsinə dəyişikliklər parlamentə tövsiyyə olunub

7 Dekabr 2017 14:46

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Seçki Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri plenar iclasa tövsiyə edib. “Olaylar”ın məlumatına görə, layihələr dekabrın 7-də keçirilən komitənin iclasında müzakirəyə çıxarılıb.

“İRƏLİ” Azərbaycanın İntellektual Birİncisi"ni mükafatlandırdı

7 Dekabr 2017 14:43

“Azərbaycan İntellektual Birİncisi” layihəsinin final mərhələsinin oyunları və bağlanış mərasimi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar.

Əbülfəs Qarayev TÜRKSOY-un nümayəndə heyəti ilə görüşüb

7 Dekabr 2017 14:41

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Əbülfəs Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini deyib. Bildirib ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.

Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

7 Dekabr 2017 14:40

 Dekabrın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.

ATƏT PA-nın prezidenti: "Dağlıq Qarabağda döyüşlərin intensiv şəkil alması ciddi narahatlıq yaradır"

7 Dekabr 2017 14:36

"Mən münaqişədən əziyyət çəkən bir ölkənin təmsilçisi olsam da, ATƏT PA-nın prezidenti kimi ATƏTməkanında baş verən bütün münaqişələrdən narahatlığımı bildirirəm". Məlumata görə, bu sözləri ATƏT PA-nın prezidenti George Tsereteli ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib.