Gündəm

“Azərbaycan Universal Ekspoya ev sahibliyi etməyə iddialı olan ilk Qafqaz ölkəsidir”

7 Dekabr 2017 16:00

Bu barədə Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar  üzrə prorektoru​ Ceyhun Osmanlının London Post-da dərc olunan məqaləsində bildirilir.

"Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisə meyllilik var"

7 Dekabr 2017 15:53

“Vyanada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün təfərrüatları gizli saxlanılır. Amma 2018-ci ilin yanvar ayında XİN başçıları arasında yeni görüşün təyin edilməsi Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisə meylliliyin olduğu göstərir”. Bunu  politoloq Qabil Hüseynli deyib.

Siyasi şərhçi: “Vətəndaşların dövlətə olan etimadı çox böyükdür”

7 Dekabr 2017 15:52

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb.

“Görüşlər "status-kvo"nun qorunub saxlanılmasına hesablanıb”

7 Dekabr 2017 15:50

“Çox təəssüf ki, Azərbaycan xarici işlər naziri (XİN) Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Edvard Nalbaydan arasında keçirilən görüş görüntü xarakteri daşıyır. Amma təhlil edəndə elə görünür ki, həm ATƏT-in Minsk qrupu həmsədrləri, həm də Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşləri davam etdirməkdə maraqlıdırlar”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Bir ayda 410 suriyalı həlak oldu

7 Dekabr 2017 15:44

Suriyada eyni anda ən az 5 nəfər həlak olur. Suriya İnsan Haqqları təşkilatının məlumatına əsasən ilin əvvəlində Suriya rejimi və İŞİD terror təşkilatı tərəfindən 358 qətlim həyata keçirilib. Olaylar.az bildirir ki, oktyabr ayında ən azı 33 qətliam olub.

Romada polis məntəqəsi qarşısında PARTLAYIŞ

7 Dekabr 2017 15:38

İtaliyanın paytaxtı Romada polis məntəqəsinin qarşısında partlayış törədilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, partlayışın törətdiyi fəsadlar ciddi olmayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. İlkin versiya olaraq, partlayışın anarxistlər tərəfindən törədildiyi ehtimal olunur.

SON DƏQİQƏ: İsrail Qüdsə ordu yeridir

7 Dekabr 2017 15:36

Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması dünyada böyük əks-səda doğurub. 

"Azərbaycanlılar çox imkanlıdır, bir zənglə bizim məşhurları evlərinə aparırlar" - Türkiyə televiziyası

7 Dekabr 2017 15:32

Türkiyənin məşhur televiziyalarından olan "TV8" telekanalında Azərbaycandan danışılıb.  Türkiyənin TV8 kanalında yayımlanan "Gəl konuşalım" verlişdə aparıcı Hakan Ural və Seda Akgül Hadisənin Yeni ili Azərbaycanda keçirəcəyini deyiblər.

Vəkillər Kollegiyasına yeni sədr seçilib - Anar Bağırov

7 Dekabr 2017 15:30

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilib.  “Bulvar Otel”də keçirilən konfransda 116 nümayəndə iştirak edib. Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsini icra edən Fərhad Nəcəfov qurumun 2012-2017-ci illər ərzində fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Sonra məruzə ətrafında çıxışlar olub, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

7 Dekabr 2017 15:27

Dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoru Mustafayeva Diləfruz Əbil qızının cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm  oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Diləfruz Mustafayevaya 2 il müddətinə şərti cəza verilib.

Dənizçilərlə görüş keçirilib

7 Dekabr 2017 15:23

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasında “matros”, “motorçu” və “elektrik” peşələri üzrə işə qəbul prosesinin test mərhələsində uğurlu nəticə göstərmiş namizədlərlə görüş keçirilib. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, görüşdə bildirilib ki, “AXDG” QSC-nin rəsmi internet səhifəsində elan olunmuş “matros”, “motorçu” və “elektrik” peşələri üzrə müraciət edən namizədlər arasında  23-24 noyabr 2017-ci il tarixlərində ilk dəfə test imtahanı keçirilib. İmtahanda ümumilikdə 76 nəfər iştirak edib. Onlardan 41-nin göstərdiyi nəticə keçid balından yüksək olub.

“İŞİD üzvü olan ingilislər öldürülməlidi” – Müdafiə naziri

7 Dekabr 2017 15:22

İngiltərənin yeni müdafiə naziri Qavin Villiamson İÇİD terror təşkilatının üzvü olan Britaniya vətəndaşlarının öldürülməli olduğunu açıqlayıb. Olaylar.az bildirir ki, nazir İŞİD üzvü olanlan vətəndaşların öz ölkələrinin dəyərlərinə nifrət edirlər. Suriya və İraqda 270 britaniyalının İŞİD - ə xidmət etdiyini vurğulayıb.

Şəmkirdə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

7 Dekabr 2017 15:21

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2017-ci il üçün fəaliyyət planına Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.

BMU-da Heydər Əliyevin anım mərasimi keçirilib

7 Dekabr 2017 15:18

Bakı Mühəndislik Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildiurilib ki, bir dəqiqəlik sükutla başlayan mərasimdə universitetin müəllim – tələbə heyəti iştirak edib. Universitetin rektoru, professor Havar Məmmədov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib, onun istər sovet imperiyası dönəmində, istərsə də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonrakı dövrlərdə də həyat və fəaliyyətini Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr etdiyini qeyd edib.