Doğma Qarabağımız sürətlə dirçəlir- ÖZƏL
16:09 Siyasət"Postmüharibə dövründə ölkəmizin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilib. Azərbaycan həm də güclü dövlət kimi qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır". "Olaylar" xəbər verir ki, bunu Milli Məcəisin deputatı Pərvin Kərimzadə deyib: "Ötən dövr ərzində işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğuna, yaşayış məntəqələrinin bərpasına aid çoxlu sayda layihələr yüksək səviyyədə reallaşdırılıb. Paralel şəkildə, işğaldan azad olunmuş ərazilərin məskunlaşdırlması uğurla davam etdirilir. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, on minlərlə yaxın insan yaşayır. O cümlədən,sentyabrın 20 şəhər günləri qeyd edilən yaşayış məntəqələrinin də bərpası və məskunlaşdırılması intensiv şəkildə davam etdirlir. Soyqırımına məruz qalan Xocalıya ilk köç 2024-cü il mayın 28 -də - müstəqilliyimizin 106-cı ildönümü günündə baş tutdu. Bir vaxtlarermənilər tərəfindən separatizm yuvasına çevrilmiş Xankəndi də hazırda doğma sakinlərinə qucaq açıb. Belə ki, avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində 43 ailə, 174 nəfər olmaqla cəmi 119 ailə, 506 nəfər məskunlaşıb. Digər ərzilərə də mütəmadi olaraq Böyük Qayıdış davam edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ardıcıl şəkildəişğaldan azad olunmuş ərazilərə səfərlər edir və görülən işlərlə şəxsən tanış olurlar. Beləliklə, doğma Qarabağımız sürətlə dirçəlir".