Gündəm

Aİ yanvarda Azərbaycanla saziş imzalanacağına ümid edir

7 Dekabr 2017 16:40

Avropa İttifaqı (Aİ) 2018-ci ilin yanvar ayının ikinci yarısında Azərbaycanla aviasiya sazişinin imzalanacağına ümid edir. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Bülbülün 120 illik yubileyi – “Koroğlu” operası

7 Dekabr 2017 16:39

Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq. Olaylar.az bildirir ki, tamaşa görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor Bülbülün 120 illik yubileyinə həsr olunub.

Ukrayna prezidenti Ali Radaya ultimatum göndərdi

7 Dekabr 2017 16:38

Ukrayna prezidenti Petro Poroşenko ölkənin Ali Radasına ultimatum göndərib. O qeyd edib ki, Ukrayna parlamenti Ali Antikorrupsiya Məhkəməsinin yaradılması ilə bağlı konkret iş görməsə, prezidentlik hüququndan istifadə edərək qanun layihəsini qəbul edəcək.

"Bizim evdə qalmış qızlarımız orada bir qışqırırdılar ki..."

7 Dekabr 2017 16:24

Noyabrın 30-u Bakıda "Kardeşim benim 2" filminin qala gecəsindən yəqin ki, xəbərsiz olan yoxdur. Burak Özçivit və Murat Bozun baş rollarını bölüşdüyü komediya filmindən sonra ən çox danışılan məsələlərdən biri sözügedən kinoda səhnə alan azərbaycanlı aktyor Kamran Ağabalayevin Bakıdakı qala gecəsinə dəvət olunmaması olub.

Litva XİN: Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir

7 Dekabr 2017 16:22

ATƏT regionunda həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyi təhdid edir. Bunu Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Litvanın xarici işlər naziri Linas Linkyaviçyus deyib.

Londonun meri Trampa: "Britaniyaya səfər etmə"

7 Dekabr 2017 16:21

Londonun meri Sadiq Xan ABŞ prezidenti Donald Trampı Qüdslə bağlı qərarından sonra Böyük Britaniyaya səfər etməməyə çağırıb. S.Xan ABŞ prezidentinin bu qərarının narahatlıq doğurduğunu açıqlayıb. Mer deyib: "O, bu qərarı ilə müsəlman dünyasına etdiyi təhqiri anlamır".

“Ərzaq məhsullarının tədarükü və təchizatı”

7 Dekabr 2017 16:19

Respublikamızda işgüzar səfərdə olan Çin Xalq Respublikasının Henan inzibati vilayətinin Zhenzhou şəhər nümayəndələri “Ərzaq məhsullarının tədarükü və təchizatı”  Açıq Səhmdar Cəmiyyətində olublar.

KİVDF-nin KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı

7 Dekabr 2017 16:15

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2018-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.

Zöhrə Abdullayevanın verilişdə ətəyi qalxdı - Lütlənməmişəm ki... - VİDEO

7 Dekabr 2017 16:07

Əməkdar artist Zöhrə Abdullayevanın başına iş gəlib. Bu haqda xanım sənətçi ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişində danışıb:

Evdən pul və qızıl aparan tutulub

7 Dekabr 2017 16:06

Oğurluqda şübhələnilən Gəncə şəhər sakini saxlanılıb. DİN-dən “OLAYLAR”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərindəki evlərin birindən 50 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Qurbanov saxlanılıb.

"Suyun rəngli yuxuları"

7 Dekabr 2017 16:04

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Nərmin Fərəcovanın Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Suyun rəngli yuxuları" adlı layihəsi baş tutub. Olaylar.az bildirir ki, layihənin açılışında Gənclər Fondunun nümayəndəsi Mübariz Qadirov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Universitetin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Aslan Xəlilov çıxış edərək, layihə iştirakçılarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, eyni zamanda Ebru sənəti üzrə müəllim Zaur Orucov da öz növbəsində bu sənətin tarixi və növləri haqqında məlumat verib, insan psixologiyasına təsirindən bəhs edib.

İxrac missiyamız Ciddədir

7 Dekabr 2017 16:04

Növbəti ixrac missiyamız Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil olunub. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına müsabiqə əsasında seçilmiş  meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir. İxrac missiyası çərçivəsində sahibkarlar AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsinin birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə yerli məhsullarımız barədə məlumat verilib, məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.

KOS-un inkişafı tədbirlərinə beynəlxalq ekspertlər cəlb edilir

7 Dekabr 2017 16:02

Dekabrın 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və yerli ekspertlərinin iştirakı ilə “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda seminar keçirilib.

KİVDF Müşahidə Şurasının növbəti iclası keçirilib

7 Dekabr 2017 16:01

Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib: