Gündəm
Məktəbdənkənar təhsil işçiləri təltif edilib
3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülən məktəbdənkənar təhsil işçilərinə təltiflərin təqdim edilməsi mərasimi keçirilib.
Baş Təhsil İdarəsi müsabiqənin ikinci mərhələsinə yekun vurdu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin II mərhələsi yekunlaşıb.
Daha bir ölkə eynicinsli nikahları rəsmiləşdirdi
Avstraliya parlamentinin nümayəndələr palatası mütləq səs çoxluğu ilə eynicinsli nikahların qanuniləşdirilməsi barədə qərar qəbul edib. Avstraliyanın baş naziri Malkolm Ternbull qərarı alqışlayıb. General-qubernatorun yaxın günlərdə bu qərarı təsdiqləyəcəyi deyilir.
Çörçillin eynəyi 10 min dollara satıldı
Böyük Britaniyanın məşhur dövlət xadimi Uinston Çörçillin oxumaq üçün istifadə etdiyi eynək hərraca çıxarılıb. Eynək 9,8 min dollara satılıb. Qiymət eynəyin ilkin hərrac dəyərindən 5 dəfə yüksək olub. Dövlət xadimini ayrılmaz əşyası olan eynəkdən 3 ədəd olub. Digər ikisinin harda olduğu məlum deyil.
Rəsmi Bakı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqu dəstəkləyir
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in 24-cü Nazirlər Şurası çərçivəsindəAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
Vəziyyət gərginləşir: İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma
ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar olaraq İordan çayının qərb sahilində gərginlik artır. Məlumata görə, İordan çayının qərb sahilində bir sıra qəsəbələrdə nümayişçilər Trampın Qüds qərarına etiraz olaraq Fələstin bayraqları və plakatlar qaldırıblar.
“İşğalçı ölkənin siyasəti silahlanmaq və işğalı davam etdirməkdən ibarətdir”
“Vyanada ATƏT-ın Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəticəsiz başa çatdı. Bu danışıqlarda münaqişənin həlli ilə bağlı masada olan həll formullarının detalları müzakirə edilsə də, əsas olaraq münaqişənin həllində irəlləyiş əldə olunmadı”.
Fransız gənclər Azərbaycana tanışlıq səfərinə gəlib
6 Dekabr tarixindən başlayaraq bir qrup Fransız gənci Azərbaycana tanışlıq səfərinə gəlib. “OLAYLAR”-a daxil olan məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə nümayəndə heyətinin tərkibinə Fransanın aparıcı qəzet, sayt və tv orqanının muxbirləri, dünya çempionları, huquq sahəsinin mütəxəssisləri və digər peşə sahibləri daxildirlər. Səfərin ilk gunu qonaqlar Xalça muzeyində olub, qədim xalçalarımızın sirləri, bu sənətin incəlikləri barədə məlumat toplayıblar.
Özbəkistan İran limanlarına çıxış planı hazırlayıb
Daşkənd və Kabul Məzari-Şərif-Herat avtomobil və dəmir yolunun və Özbəkistandan Əfqanıstanın Baqlan vilayətinə elektrik xəttinin inşasına başlayacaqlar. Bu barədə razılıq Daşkənddə Əfqanıstan və Özbəkistan prezidentləri Məhəmməd Əşrəf Qəni və Şavkat Mirzoyeyev arasında keçirilən danışıqların yekununda əldə olunub. İki ölkənin sərhədində artıq "Termez-Karqo” loqistik mərkəzi yaradılıb. "Bu mərkəzin funksiyası tək ixrac deyil, eləcə də Əfqanıstanın idxal əməliyyatlarında istifadə olunacaq”,- deyə Özbəkistan prezidentinin xüsusi nümayəndəsi İsmatilla İrqaşev bildirib. İki ölkənin liderləri bu il ərzində dəfələrlə görüşüblər.
"Ukraynada baş verənlər “demokratik” eksperimentdir" - Politoloqlar belə düşünür
Ukraynada sonuncu "Maydan” hadisələrindən sonra siyasi qalmaqallar bir-birini əvəzləməyə başladı. Hətta Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru oldu. Lakin Ukraynada ard-arda siyasi kataklizmlər dünya mediasının gündəmini zəbt etməyə başladı. Hətta bu günlərdə M.Saakaşvili ilə bağlı baş verən hadisələr yeni siyasi böhrana gətirib çıxarıb. Ukrayna hüquq-mühafizə orqanlarının keçmiş qubernator Saakaşvili ilə bağlı atdığı addımlar isə Qərbin heç də diqqətindən kənarda qalmayıb. Hətta bu bəyanatlarda açıq şəkildə olmasa belə, Saakaşvilinin dəstəkləndiyi hiss edilir. Halbuki, indiki prezident Poroşenko məhz Qərbin dəstəyi ilə iqtidara gəlib. Belə olduqda bir çox suallar ortaya çıxır: hazırda Ukraynada nə baş verir?
Ermənistanda ərzağın qiyməti artacaq
Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlüyün fəsadlarını hiss etməyə başlayır. Belə ki, yeni ilin ilk günündən işğalçı ölkədə bir sıra ərzaq məhsullarının qiymətləri qalxacaq. Bu onunla əlaqədardır ki, 1 yanvar 2018-ci ildən Ermənistanda Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük rüsumları qüvvəyə minəcək. Bunun nəticəsində Aİİ-yə daxil olmayan ölkələrdən idxal olunan mallara əlavə rüsum qoyulacaq. Aİİ-yə daxil olmayan ölkələrdən gətirilən gündəlik tələbat mallarından toyuq ətinin, südün, kərə yağının, bitki yağlarının, çayın bahalaşacağı gözlənilir.
Aeroport yolunda içi sərnişinlə dolu iki avtobusun ölüm yarışı: Dəhşətli anların görüntüsü- VİDEO
Hava limanı yolunda 136 saylı iki sərnişin avtobusu yarışa çıxıb. Hadisə şahidi bu olayı öz mobil telefonu ilə lentə alır. O, 136 saylı içi sərnişinlə dolu avtobusun yarışa çıxaraq saatda 120 km sürətlə hərəkətdə olduğunu deyib.
MSK-ya deputatları cəzalandırmaq hüququ verən layihə parlamentin plenar iclasına tövsiyə olundu
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi təklifinə baxılıb.
Ərdoğan: "Ermənistan özünü bütün enerji və digər regional layihələrdən təcrid edib"
Erməni diasporunun girovu olan Ermənistan özünü bütün enerji, nəqliyyat və digər regional layihələrdən təcrid edib. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, erməni diasporunun təzyiqi ilə Yerevan həm də Türkiyə ilə bütün dostluq imkanlarının önünü kəsib.
Acun Zərraba necə kömək etdi?
Türkiyəli prodüsser, TV8 –in prezidenti Acun Ilıcalının adı Rza Zərrabla birgə hallanır. Olaylar.az bildirir ki, iddialara görə Azərbaycan əsilli, İran vətəndaşı olan və hazırda Amerikada davam edən məhkəmə prosesi ilə diqqətləri üzərinə çəkən Rza Zərrabın adıçəkilən ölkəyə qaçmasına Acun Ilıcalı kömək edib.














