Vəziyyət gərginləşir: İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma

ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar olaraq İordan çayının qərb sahilində gərginlik artır. Məlumata görə, İordan çayının qərb sahilində bir sıra qəsəbələrdə nümayişçilər Trampın Qüds qərarına etiraz olaraq Fələstin bayraqları və plakatlar qaldırıblar.

ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar olaraq İordan çayının qərb sahilində gərginlik artır. Məlumata görə, İordan çayının qərb sahilində bir sıra qəsəbələrdə nümayişçilər Trampın Qüds qərarına etiraz olaraq Fələstin bayraqları və plakatlar qaldırıblar. Ramallahın mərkəzi meydanından hərəkətə keçən fələstinlilər küçələrdə ABŞ və İsrail əleyhinə şüarlar səsləndirirlər. Tulkerm, Cənin, Kəlkiliyyə, Beyt Ləhm, əl-Xəlil, Əriha yaşayış məntəqələrində etirazçılarla İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edən İsrail polisinə fələstinlilər daşlarla qarşılıq verib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31