Gündəm
Ayşən Abduləzimova: "İki nəhəngə qarşı oynayacağıq"
"Kifayət qədər çətin qrupa düşdük. Düzdür, dünya çempionatında asan rəqib olmur. Püşkə əsasən biz mundialda FİVB reytinqində "Top-5"də qərarlaşan iki nəhəngə qarşı oynayacağıq".
Tacı əlindən alınan modelin 1 ilədək həbsi istənilir
Sentyabrda "Miss Turkey 2017" seçilən, lakin daha sonra Twitterdə 15 iyul şəhidlərini təhqir edən paylaşımları səbəbindən tacı geri alınan model İtır Esenə daha bir zərbə vurulub. Model haqqında açılmış "Xalq arasında sosial, irqi, dini və cinsi ayrı-seçkilik salaraq təhqir və böhtan" cinayət işi yekunlaşıb.
Bu ağrılar böyrək xəstəliyi üçün həyəcan təbilidir....
Böyrək xəstəliklərinin simptomları bir çox digər xəstəliklərin sismptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam başqa xəstəliklərdən (ürək xəstəlikləri, onurğa xəstəlikləri) müalicə olunur.Hansı simptomlar böyrək xəstəliklərinə işarə edə bilər?- Ödəmlər.
Nazirlər Kabineti Novruz, Ramazan, Qurban bayramları ilə bağlı qərar qəbul edib
Azərbaycan Nazirlər Kabineti 2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları ilə bağlı qərar qəbul edib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, qərara əsasən 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.
Dərmanları evdə NECƏ SAXLAMALI? - İndiyədək SƏHV EDİRMİŞİK
Hər bir dərmanın saxlanma şəraiti onun keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Xalq arasında belə fikir var ki, dərmanları soyuducuda saxlayanda onun keyfiyyətini qorumuş oluruq. Lakin bu üsul bəzi dərmanların içindəki təsirli maddələrin ömrünə təsir göstərməsinə səbəb olur.
Daha bir qazaxıstanlı kosmosa uçacaq
Qazaxıstanın “Qarış Saparı” şirkətinin vitze-prezidenti, kosmonavt Aydın Aimbetov özünün 50 illik yubileyində çıxışı zamanı, daha bir qazaxıstanlı kosmonavtın kosmosa uçacağını bildirib.
Həyat yoldaşı və 4 qızını öldürən Fərhada qardaşları da kömək edib - ŞOK İDDİA
Salyan şəhərinin "Zavod" məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub. Həyat yoldaşı və 4 qızını öldürüb zirzəmidə basdıran Mehmanın cinayət əməli ilə bağlı yeni iddialar ortaya atılıb.
İstanbulda silahlı hücum: Yaralılar var
İstanbulun Beşiktaş rayonunda ofislərdən birinə silahlı hücum olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. İnsidentlə bağlı çox sayda şübhəli şəxsin saxlanıldığı bildirilir.
Anar Nağılbazdan video etirafı: Zombiləşmişdim
İntim videosu ilə medianın gündəminə çevrilən Anar Nağılbaz yeni açıqlamalar verib. Reper başına gələnlərlə bağlı sosial şəbəkədə ətraflı məlumat yayıb. Reper şəkər xəstəliyinə tutulduğunu da deyib. "Əsəbdən, stressdən 2 ilə yaxındır depressiyadayam, yüksək dərəcədə şəkər qazandığım son günlərdə bəlli olub, halbuki nəslimizdə şəkər xəstəsi olmayıb, intihar etməyimi istədiklərini deyiblər".
Azərbaycan Prezidenti: "Qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq"
"Qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq". Dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.
Prezident İlham Əliyev Qubaya 3 milyon manat ayırdı
Prezident İlham Əliyev Quba şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Quba rayonunda sosialyönümlü bir sıra mühüm layihələr həyata keçirilmiş, o cümlədən "ASAN Həyat" Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Bayraq Muzeyi, "Yaşıl teatr", Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 118 mənzilli 4 yaşayış binası inşa edilmiş, xalçaçılıq müəssisəsi yaradılmış, ən müasir tələblərə cavab verən turizm obyektləri, təhsil ocaqları istifadəyə verilmişdir. Bununla yanaşı, Quba şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, "Şahdağ" Elektrik Stansiyası istismara verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
İlham Əliyev: "Bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza"dan istifadə edərək Azərbaycana gəlib"
"Bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza"dan istifadə edərək Azərbaycana gəlib". Dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.
Prezident İlham Əliyev: "ASAN xidmət" korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir
"ASAN xidmət" korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir. Dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.
Əmək Nazirliyində görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Diplomatik Akademiyasının (ADA) dəvəti ilə ölkəmizdə səfərdə olan Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Maykl Şerradenlə görüş olub. Görüşdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də iştirak edib.
Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradılıb
Azərbaycanda söz və mətbuat azadlığı sözün həqiqi mənasında təmin olunmaqdadır. Ölkənin kütləvi informasiya vasitələrinin keçdiyi yola nəzər saldıqda dövlətin bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasətlə tanış olmaq imkanı yaranır.














