Daha bir qazaxıstanlı kosmosa uçacaq
Qazaxıstanın “Qarış Saparı” şirkətinin vitze-prezidenti, kosmonavt Aydın Aimbetov özünün 50 illik yubileyində çıxışı zamanı, daha bir qazaxıstanlı kosmonavtın kosmosa uçacağını bildirib.
7 Dekabr 2017 18:13 DünyaQazaxıstanın "Qarış Saparı" şirkətinin vitze-prezidenti, kosmonavt Aydın Aimbetov özünün 50 illik yubileyində çıxışı zamanı, daha bir qazaxıstanlı kosmonavtın kosmosa uçacağını bildirib.
Milli aviasiyanın general-mayorunun sözlərinə görə, Qazaxıstan "Baykonur" kosmodromunda Rusiya ilə birlikdə hazırlanması nəzərdə tutulan "Bayterek" yerüstü kosmik-raket kompleksləri vasitəsilə təmiz yanacaq - "ağ neft" daşıyacaqlar.
Aydın Aimbetov deyib ki, Rusiya hazırda 6 mərtəbəli bir kosmik gəmi üzərində işləyir:
"Kosmosa bu gəmi ilə yollanacaq kosmonavtlar içərisində qazaxıstanlı həmkarlarımız da olacaq. Əməkdaşlarımız arasında bu addımı atacaq çoxsaylı peşəkarlar var".
Xatırladaq ki, 50 illik yubiliyeni qeyd edən Aydın Aimbetov 2015-ci il sentyabrın 2-dən 12-dək Beynəlxalq Kosmik Stansiyayanın "Soyuz TMA-18M" tipli kosmik gəmisi ilə kosmosa uçmuşdu. Publika.az