Gündəm

Türkiyəli həkim hamiləlik üçün ən ideal yaşı açıqladı

7 Dekabr 2017 20:00

Müxtəlif səbəblərdən dolayı gec ailə quran və ya başqa səbəblərdən dolayı 35 yaşa kimi hamilə qalmayan qadınlar ana olmaq qərarı verəndə çətin bir dönəm yaşayırlar. Çünki həm hamiləliyin yaranmasında, həm də davamında müəyyən problemlər yarana bilər. Ümumiyyətlə, 35 və daha yuxarı yaş ana olmaq üçün çoxmu gecdir? Bu yaşda necə hamilə qalmaq olar? Bunun riskli tərəfləri varmı?

Şehiç həmkarlarını qabaqladı

7 Dekabr 2017 19:54

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ən çox seyv edən qapıçılarının adlarını açıqlayıb. "Qarabağ"ın qapıçısı İbrahim Şehiç siyahının ilk pilləsində qərarlaşıb. Bosniya və herseqovinalı qolkiper 35 qurtarış edib və qrup mərhələsinin ən çox seyv edən qapıçısı olub. 

Bitkilər ofis işçilərinin səhhətini qoruyur

7 Dekabr 2017 19:50

Ofislərdə bitkilərin olması orada çalışan insanların səhhətinə çox müsbət təsir edir. Norvec və İsveş alimləri tədqiqatları nəticəsində belə qərara gəliblər ki, ofisdə olan bitkilər işçilərin yorulmasını azaldır, baş ağrılarından, öskürəkdən qoruyur.

İl ərzində neçə dəfə saçları boyamaq olar?

7 Dekabr 2017 19:45

Alimlər araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, qadın saçlarını il ərzində 5 dəfədən artıq boyamamalıdır. Əks halda qadında süd vəzi xərçənginin riski artır. Nəzərinizə çatdıraq ki, süd vəzi xərçəngi qadınlar arasında ən yayılmış xərçəng növüdür. Hər il dünyada 1 mln. artıq qadına bu diaqnoz qoyulur.

2019-cu ildə planet əhalisinin 50%-i internetdən istifadə edəcək

7 Dekabr 2017 19:39

“eMarketer” analitiklərinin proqnozuna görə, 2017-ci ildə dünyada internet istifadəçilərinin sayı 3,46 milyard təşkil edəcək. Analitik şirkətin qiymətləndirməsinə görə, bu il planet əhalisinin təxminən 47%-i masaüstü fərdi kompüter, noutbuk və ya mobil qurğunun köməyi ilə ən azı ayda bir dəfə internetə daxil olub.

2018-ci ildə mobil proqramlara ildə 110 milyarddan çox dollar xərclənəcək

7 Dekabr 2017 19:34

“App Annie” şirkətinin yeni hesabatına əsasən, 2018-ci ildə istifadəçilər mobil proqramlara 110 milyard ABŞ dolları xərcləyəcəklər. Şirkətin analitikləri bildiriblər ki, 2018-ci ildə mobil proqramlara xərclər ötən illə müqayisədə 30% artacaq. İstifadəçilər əvvəlki kimi oyunlara çox pul xərcləyəcək. Ancaq “App Annie” şirkətindən bildiriblər ki, oyunlar əvvəlki kimi ən gəlirli kateqoriya olsa da, ancaq abunə təklif edən mobil proqramlar oyun kateqoriyasına ciddi rəqibdir.

"Barselona"dan Arda Turan açıqlaması

7 Dekabr 2017 19:34

"Barselona"nın futbolçusu Arda Turanın zədəsi sağalıb. Bu barədə klubun tibb departamentinin açıqlamasında bildirilir. Artıq 30 yaşlı futbolçu oynamağa tam hazırdır. Baş məşqçi Ernesto Valverde şans verəcəyi halda Arda növbəti oyunda meydana çıxa biləcək.

Masaüstü kompüter və noutbukların 60,6 %-də bu brauzer istifadə edilir

7 Dekabr 2017 19:28

"NetMarketShare" xidmətinin məlumatına görə, 2017-ci ilin noyabrında "Chrome" brauzerinin payı 60%-i ötüb. Cari ilin noyabrında masaüstü kompüter və noutbukların 60,6%-də internetə çıxış üçün "Chrome" brauzerindən istifadə edilib.

“Snapdragon 835” prosessorlu ilk “Windows” noutbukları təqdim olunub

7 Dekabr 2017 19:22

“HP” və “ASUS” şirkətləri “Qualcomm Snapdragon” mobil prosessorları əsasında yaradılan “Windows” sistemli ilk noutbuklar təqdim ediblər. “Microsoft” korporasiyası qurğuları daim qoşulmuş fərdi kompüterlər adlandırır. Noutbuklar dördüncü nəsil rabitə şəbəkələrində (4G) işi dəstəkləməklə məlumatları 1 Qbit/saniyə sürətində ötürmə imkanına malikdir. Lakin əsas fərqləndirici cəhət avtonom iş vaxtıdır: qurğular enerji ilə tam doldurulmaqla aktiv rejimdə bir gün və ya gözləmə rejimində bir həftə işləyir.

Gələn ilin əsas kibertəhlükələri açıqlanıb

7 Dekabr 2017 19:16

"Kasperski Laboratoriyası" şirkətinin 2018-ci ilin əsas kibertəhlükələri haqda proqnozuna görə texnoloji müəssisələr və proqram təminatı hazırlayanlar hakerlərin hədəf nöqtəsində olacaq.

Unikal süni intellektlər yaradan neyroşəbəkə təqdim olunub

7 Dekabr 2017 19:11

Bu ilin yazında “Google Brain” şirkətinin mühəndisləri insanın iştirakı olmadan unikal süni intellektlər yaradan “AutoML” süni intellektini təqdim ediblər. Bu yaxınlarda isə məlum olub ki, “AutoML” ilk dəfə insan tərəfindən yaradılan bütün kompüter görmə sistemlərinin analoqlarını üstələyən sistem hazırlayıb. Süni intellektə əsaslanan sistem, məsələn, avtonom avtomobillərin, eləcə də robot texnikasının inkişafına töhfə verməklə robotların görmə qabiliyyətini yeni səviyyəyə çıxarmağa imkan verə bilər.

“5G” şəbəkəsində 1,7 Qbit/saniyə sürətinə nail olunub

7 Dekabr 2017 19:04

“Samsung Electronics” və Yaponiyanın “KDDI” telekommunikasiya şirkəti saatda 100 km sürətlə hərəkət edən qatarda beşinci nəsil mobil rabitə şəbəkəsinin uğurlu sınağını keçirib. Sınaqlar oktyabrda Tokio yaxınlığında yerləşən Saytama şəhərində baş tutub. Eksperiment zamanı qatarın sərnişinləri “8K” formatlı videonu yükləyiblər, daha sonra “4K” ölçüsündə videoçarx çəkərək onu montaj etməklə internetə yükləyiblər.

Uşaqlarda qəbizlik yaradan əsas səbəblər açıqlandı

7 Dekabr 2017 19:00

Uşaqlarda qəbizlik hallarına tez-tez rast gəlinir. Bu isə onlarda müəyyən problemlərə, narahatlıqlara səbəb olur. Bəs görəsən uşaqlarda qəbizliyi yaradan səbəblər hansılardır?

"Roma" "Qarabağ"a qol vuran futbolçu ilə müqavilə bağladı

7 Dekabr 2017 18:49

İtaliyanın "Roma" klubu Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la matçda qələbə qolunun müəllifi Dieqo Perotti ilə müqavilənin müddətini uzadıb. 29 yaşlı argentinalı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Avtomobili atəşə tutulan futbolçunu mühafizəçi qoruyacaq

7 Dekabr 2017 18:44

Kiyev "Dinamo"su komandanın futbolçusu Denis Qarmaş və ailəsini mühafizəçi ilə təmin edib.  27 yaşlı yarımmüdafiəçinin özü və yaxınlarının həyatı üçün təhlükə yarandığına görə bu cür addım atılıb.