Gündəm
“Çölçü” filmi “Cult” beynəlxalq film festivalında
Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən “Cult” beynəlxalq film festivalında “Qızıl tülkü” mükafatının qalibi olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Olaylar.az- a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə kinostudiya tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
"Nar bağı" filminin yaradıcı heyəti tələbələrlə görüşdü
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissor İlqar Nəcəfin "Nar bağı" filmi nümayiş olunub. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə ekran əsərinin nümayişindən sonra yaradıcı heyət tələbələr ilə görüşüb. Olaylar.az bildirir ki, tədbirdə Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə Teatrşünaslıq kafedrasının professoru, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə və Əməkdar incəsənət xadimi, dosent Əli Əmirli film haqqında fikirlərini bölüşüb, onu yüksək qiymətləndiriblər. Daha sonra filmin rejissoru İlqar Nəcəf və ssenari müəllifi Asif Rüstəmov tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.
Baş nazir istefa verdi
Rza Zərraba qarşı ŞOK İDDİA - Həbsxanada afrikalı məhkumu zorlayıb
ABŞ-da Hakan Atillaya qarşı şahidlik edən Rza Zərrab haqqında ortaya qeyri-adi iddia atılıb. Həbsxanada onunla birlikdə olan məhbus yoldaşı Zərrabın ona təcavüz etdiyini söyləyərək iddia qaldırıb. “New Tork Times”dan Benjamin Veyserin xəbərinə görə, Zərrabla 2016-cı ilin noyabr ayından 2017-ci ilin mart ayına kimi həbsxanada eyni məkanı paylaşan məhkum Zərrab tərəfindən təcavüzə məruz qaldığını deyərək ona qarşı məhkəmədə iddia qaldırıb.
Prezidentlər Qüdsü müzakirə etdilər
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı ABŞ prezidenti Donald Trampın Qüdsə dair bəyanatından sonra Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
“Breakthrough Prize”-in laureatlarının adları açıqlanıb
Rusiyalı milyarder, İnternet layihələrinin sərmayəçisi Yuri Milner, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və “Google” şirkətinin banisi Sergey Brin tərəfindən təsis edilən “Breakthrough Prize” mükafatının laureatlarının adları açıqlanıb. Hüceyrə biologiyası, bitkilər fiziologiyası, neyrodeqenerativ xəstəliklər, riyaziyyat və kosmologiya sahəsində çalışan tədqiqatçılar bu nüfuzlu elmi mükafatın qalibləri seçiliblər.
İsrail Qəzza zolağını bombaladı
Facebookun dünya üzrə ən çox bəyənilən səhifələri – SİYAHI
Fazil Məmmədova böyük ŞOK: Yeznəsinə yol göründü
Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunduqdan sonra onun yaxın ətrafının da tutduqları vəzifələrdən kənarlaşdırılacaqları barədə fikirlər dolaşırdı. Artıq həmin siyahıdakılardan birinə yol görünüb. Belə ki, mənbə bildirir ki, eks nazirin yeznəsi Namiq Quliyevə işdən çıxmaq barədə ərizə yazması tapşırılıb. Hazırda Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavinidir.
Şərurda zəlzələ
Piroqrafik əl işlərindən ibarət sərgi - Nizami Kino Mərkəzində
Dekabrın 8-də Nizami Kino Mərkəzində Bakıda ilk olaraq, kinomərkəzin, Frame.az və İdeyaQazandı telelayihəsinin dəstəyi ilə Wood Group komandasının piroqrafik əl işlərindən ibarət sərgisi keçiriləcək. Olaylar.az bildirir ki, sərgidə Wood Group-un rəssamları Vüsal Əhmədov, Aqşin Qarayev, Alagöz Əlixanov, Nəzrin Rəcəbova və Lalə Babayevanın taxta üzərində işlənmiş əl işləri nümayiş olunacaq.
“Heydər Əliyevin dövlət strategiyası” mövzusunda tədbir
Dekabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Heydər Əliyevin dövlət strategiyası” mövzusunda dəyirmi masa keçirilib.
Elxan Elatlı oxucuları ilə görüşdü
TEAS Press Nəşriyyat Evi və LIBRAFF kitab mağazaları şəbəkəsinin təşkilati dəstəyi ilə detektiv əsərlər müəllifi Elxan Elatlının "On dördüncü adam" romanının təqdimatı və imza günü keçirilib. Olaylar.az bildirir ki, TEAS Press Nəşriyyatı Evi tərəfindən Elxan Elatlının işıq üzü görən “On dördüncü adam” romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Yeni milli bestseller detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Amerikalı alimlər: Çürük dişlər infarkt riskini artırır
Amerikalı alimlərin araşdırmalarına görə, dişlərin sağlamlığı ilə insan orqanizminin ən həssas orqanı hesab edilən ürəyin birbaşa əlaqəsi var. Belə ki, ürək-damar xəstəliklərinin yaranması, inkişafı da məhz bununla əlaqəlidir.
Bu içki insanı 5 XƏSTƏLİKDƏN qoruyur...
Qəhvə bəzi ciddi xəstəliklərin inkişafı riskini xeyli azaldır. Belə qərara Harvard Universiteti alimləri gəliblər.














