“Çölçü” filmi “Cult” beynəlxalq film festivalında
Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən “Cult” beynəlxalq film festivalında “Qızıl tülkü” mükafatının qalibi olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Olaylar.az- a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə kinostudiya tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
8 Dekabr 2017 09:53 Teatr və kinoAzərbaycanlı rejissor Şamil Əliyevin "Çölçü" filmi Hindistanın Kəlküttə şəhərində keçirilən "Cult" beynəlxalq film festivalında "Qızıl tülkü" mükafatının qalibi olub.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından Olaylar.az- a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə kinostudiya tərəfindən istehsal edilmiş "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.