Piroqrafik əl işlərindən ibarət sərgi - Nizami Kino Mərkəzində
Dekabrın 8-də Nizami Kino Mərkəzində Bakıda ilk olaraq, kinomərkəzin, Frame.az və İdeyaQazandı telelayihəsinin dəstəyi ilə Wood Group komandasının piroqrafik əl işlərindən ibarət sərgisi keçiriləcək. Olaylar.az bildirir ki, sərgidə Wood Group-un rəssamları Vüsal Əhmədov, Aqşin Qarayev, Alagöz Əlixanov, Nəzrin Rəcəbova və Lalə Babayevanın taxta üzərində işlənmiş əl işləri nümayiş olunacaq.
7 Dekabr 2017 21:30 MədəniyyətDekabrın 8-də Nizami Kino Mərkəzində Bakıda ilk olaraq, kinomərkəzin, Frame.az və İdeyaQazandı telelayihəsinin dəstəyi ilə Wood Group komandasının piroqrafik əl işlərindən ibarət sərgisi keçiriləcək.
Olaylar.az bildirir ki, sərgidə Wood Group-un rəssamları Vüsal Əhmədov, Aqşin Qarayev, Alagöz Əlixanov, Nəzrin Rəcəbova və Lalə Babayevanın taxta üzərində işlənmiş əl işləri nümayiş olunacaq.
Həmçinin, tədbirin aparıcısı İsgəndər İbrahimov qonaqlarla canlı musiqi, müsabiqə və viktorinalar təqdim edəcək.
Tədbirdə layihə rəhbərləri Taleh Məmmədov, Əli Ələkbərov və sərginin təşkilatçısı Sara Balakişiyeva iştirak edəcəklər.