"Roma" "Qarabağ"a qol vuran futbolçu ilə müqavilə bağladı

İtaliyanın "Roma" klubu Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la matçda qələbə qolunun müəllifi Dieqo Perotti ilə müqavilənin müddətini uzadıb. 29 yaşlı argentinalı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, D.Perotti 2016-cı ilin yanvarında "Cenoa"dan "Roma"ya keçib. O, dekabrın 5-də İtaliyada "Qarabağ"a qarşı matçın 53-cü dəqiqəsində komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31