Avtomobili atəşə tutulan futbolçunu mühafizəçi qoruyacaq
Kiyev "Dinamo"su komandanın futbolçusu Denis Qarmaş və ailəsini mühafizəçi ilə təmin edib. 27 yaşlı yarımmüdafiəçinin özü və yaxınlarının həyatı üçün təhlükə yarandığına görə bu cür addım atılıb.
7 Dekabr 2017 18:44 İdmanKiyev "Dinamo"su komandanın futbolçusu Denis Qarmaş və ailəsini mühafizəçi ilə təmin edib. 27 yaşlı yarımmüdafiəçinin özü və yaxınlarının həyatı üçün təhlükə yarandığına görə bu cür addım atılıb.
Dekabrın 5-də 2 nəfər naməlum şəxs Ukrayna yığmasının üzvünün avtomobilini avtomatdan atəşə tutub. Nəqliyyat vasitəsinə 14 güllə dəysə də, həmin vaxt içində heç kim olmadığı üçün xəsarət alan olmayıb. İnsidentin D.Qarmaşın totalizatorlara borcu olduğu üçün baş verdiyi söylənilir. Futbolçu özü isə bu məlumatı təkzib edib.
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb. Report