Üçüncü ölkələr üçün ciddi risk: ABŞ-nin yeni sanksiyaları nə vəd edir? – ÖZƏL
16:31 SiyasətABŞ Nümayəndələr Palatasının Prosedur Komitəsi Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanun layihəsini dəstəkləyərək (7 lehinə, 3 əleyhinə) Palatanın umumı müzakirəsinə təqdim edib. Yayda Senatdan keçən sənəd Rusiya ilə ticarət edən üçüncü ölkələrə dərəcəli sanksiyaları nəzərdə tutur. Eyni zamanda, Demokratlar qanun layihəsinə Ukraynaya 15 milyard dollarlıq hərbi yardımın ayrılması bəndini də əlavə ediblər. Sənəd üzrə yekun səsvermənin yaxın günlərdə baş tutacağı gözlənilir.
Rusiya ilə ticarət edən üçüncü ölkələri və regionu nə gözləyir? Ukraynaya edilən hərbi yardım məbləği cəbhədəki güc nisbətini dəyişə bilərmi?
"ABŞ-Ukrayna layihəsinin sənəddən keçdikdən sonra bir qədər ləngiməsi nəzərdə tutulurdu. Ümumiyyətlə, sənədin payızda baxılacağı ehtimal olunurdu. Amma birdən gündəmə gəldi və bu payız prosesi sürətləndi. Təbii ki, burada 15 milyard dollarlıq yardımın olması da əhəmiyyətli məsələdir. Düzdür, bu, Ukraynanın yaralarını sağaltmır. Amma bütün hallarda Tramp administrasiyası dönəmində hətta 15 milyard dollarlıq yardım böyük saymaq olar. Bunu hətta Amerikanın öz maraqları və səxavətliliyi kimi də dəyərləndirmək olar. Yəni, ən azı, bunun 15 milyard dollar olması böyük məbləğdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu, həm də siyasi addımdır. Yəni, Amerika uzun müddət Ukraynanın yardım məsələsində sanki məsafə saxlayırdı. İndi isə bu, siyasi bir anlam ifadə edir. Deməli, bu, həm də Rusiyaya mesajdır ki, Amerikanın Ukraynaya dəstəyi davam edir. Bu, Rusiya üçün əvvəl də xoş olmayan bir məqamdır. Çünki Rusiya hesab edir ki, Amerikanın iştirakı olmadan münaqişədə Avropa ölkələrinin dəstəyi yetərli deyil. Amerika Konqresinin belə bir addım atması güc balansını yenidən Ukraynanın lehinə dəyişir. Söhbət ticarət edən üçüncü ölkələrdən, Rusiyayla ticarət edən digər dövlətlərdən gedir. Əvvəl də bunlar üçün müəyyən risklər vəd edilirdi. İndi isə bu sənədin qəbul edilməsi üçün hələ müəyyən prosedurlar da var. Konqres bunu qəbul etməlidir, sonra prezident imzalamalıdır. Yəni, bunlar baş verərsə, əlbəttə, bu, Rusiyanın açıq şəkildə əməkdaşlıq etdiyi həm ticarət, həm də hələ neytral olan dövlətlər üçün ciddi sanksiya riskləri nəzərdə tutur. Ancaq, əlbəttə, ən çox Rusiyanın özünə təsir edəcək.
Səidə Ramazanova