Əbülfəs Qarayev TÜRKSOY-un nümayəndə heyəti ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Əbülfəs Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini deyib. Bildirib ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.
7 Dekabr 2017 14:41 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Əbülfəs Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini deyib. Bildirib ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.
Düsen Kaseinovu yenidən təşkilatın rəhbəri seçilməyi münasibətilə təbrik edən nazir qurumun səmərəli fəaliyyətinin bundan sonra da davamlı olacağına ümidvar olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, UNESCO və İSESCO ilə də sıx əməkdaşlıq edən TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir.
TÜRKSOY-un Azərbaycanla əlaqələrinin daha da davamlı olacağına əminliyini bildirən nazir son illərdə ölkəmizdə mədəniyyət və turizm sahələrində gerçəkləşən yeni layihələr və islahatlar haqqında qonaqlara məlumat verib.
Görüşün sonunda Qaysın Quliyevin TÜRKSOY tərəfindən çap edilmiş kitabı və şairin adını daşıyan medal nazirə təqdim olunub.