“İRƏLİ” Azərbaycanın İntellektual Birİncisi"ni mükafatlandırdı
“Azərbaycan İntellektual Birİncisi” layihəsinin final mərhələsinin oyunları və bağlanış mərasimi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar.
7 Dekabr 2017 14:43 Sosial"Azərbaycan İntellektual Birİncisi" layihəsinin final mərhələsinin oyunları və bağlanış mərasimi keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar.
Qeyd edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına, bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir. Bu baxımdan belə layihələr gənclərin inkişafında mühüm rol oynayır.
İctimai Birliyin sədri MirHəsən Seyidov çıxışında bildirib ki, Azərbaycanın bütün regionlarını əhatə edən layihənin məqsədi ölkə gənclərinin maarifləndirilməsi və intellektual potensiallarının qiymətləndirilməsi olub. Qalib gələn komandalar medallar, şəhadətnamə və dəyərli hədiyyələr ilə təltif olunublar.