Gündəm

Könüllülərdən ibarət yeni “Diplomatlar” klubu

7 Dekabr 2017 14:34

Bilik Fondunun könüllülərdən ibarət növbəti klubu təsis olunub. Olaylar.az bildirir ki, Fondun Beynəlxalq layihələr sektorunun nəzdində fəaliyyət göstərəcək “Diplomatlar” Klubu müxtəlif universitetlərin tələbələrinin, gənc mütəxəssislərin çoxsaylı müraciətləri əsasında yaradılıb.

Məmməd Səid Ordubadinin əsəri Akademik Milli Dram Teatrın səhnəsində

7 Dekabr 2017 14:33

Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası hazırlanır. Teatrın mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, son məşqləri gedən iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Novruz Məmmədov: "İlqar Məmmədov cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər"

7 Dekabr 2017 14:34

"Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi". Məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov deyib.

Lavrov: "Rusiya Dağlıq Qarabağ münaqişənin məqbul həllini axtarmağa davam edəcək"

7 Dekabr 2017 14:32

"ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiya Dağlıq Qarabağ münaqişənin bütün tərəflər üçün məqbul olan həllinin axtarılmasına töhfə verməyə davam edəcək".

Bıçaq Qüdsə dirənəndə: Ağ Evdəki qərar qara gəldi

7 Dekabr 2017 14:28

Hər valideynin övladına verdiyi nəsihətlər arasında belə sözlər var: "Odun üzərinə yağ tökmə".

"Əlimi çəkib getsəydim, yaxşı oğlan olardım?" - İslam Oksanaya

7 Dekabr 2017 14:26

Aktyor İslam Mehrəliyev rəqqasə, keçmiş dostu Oksana Rəsulova ilə küsülülüyündən danışıb. Aktyor "Atv kulis" verilişində bildirib ki, artıq münasibətləri yoxdur. O, hətta aktyor Elcan Rəsulovla da küsülü olduğunu deyib: "Oksana gözəl, istedadlı xanımdır. Bu, oyundur. Ona zərbə endirmədim. Sadəcə, oyunda qalmaq üçün mübarizə apardım. İndi Oksana ilə də, Elcanla da münasibətimiz soyuyub. Finalda əlimi çəkib getsəydim, yaxşı oğlan olardım?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubaya səfər ediblər - YENİLƏNİB

7 Dekabr 2017 14:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabr 7-də Quba rayonunun əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında iştirak edib.

Ölkədə kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir

7 Dekabr 2017 14:19

“Ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikir Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov səsləndirib.

BTQ-də yük qatarlarının hərəkətinin təşkili və idarəetmə rejimi yoxlanılır

7 Dekabr 2017 14:18

Bakı-Tbilisi-Qars dəmir yolunun Marabda-Kartsaxi, Marabda-Axalkalaki sahəsində yük qatarlarının hərəkətinin təşkili, qatarların hazırlığı və idarəetmə rejimini müəyyən edilməsi üçün, “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifovun rəhbərliyi və “Ukrayna investisiya-konsaltinq” şirkətinin və Dnepropetrovsk Dəmir Yolu Mühəndisləri İnstitutununalim mütəxəssislərinin iştirakı ilə sınaqlar keçirilib.

Hökumətin iqtisadi kursunda sahibkarlığın inkişafı əsas prioritet təşkil edir

7 Dekabr 2017 14:16

Son illər müşahidə edilən müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, ölkədə əlverişli investisiya mühiti yaradılıb. Həm yerli, həm də xarici iş adamları yaradılan bu şəraitdən istifadə edərək iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyur, ayrı-ayrı sahələrin inkişafına öz töhfələrini verirlər.

Özəlləşdirmə prosesində vətəndaş-məmur münasibətlərinə son qoyulur

7 Dekabr 2017 14:07

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dövlətin gəlirlərini artırmaqla yanaşı, həm də şəfaflığının artırılması, vətəndaş məmnunluğunun təmin edilməsinə hədflənib. Ölkədə “Elektron Hökumətin” yaradılması, “ASAN Xidmət” layihəsinin həyata keçirilməsi məhz sadalanan məqsədlərə xidmət etməkdədir. Buna baxmayaraq, Azərbaycanda informasiya kammunikasiya texnologiyalarından yararlanaraq vətəndaşların rahatlığını təmin etmək istiqamətində işlər davam etməkdədir. Məhz bu məqsədlə  Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb. “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi” layihəsinin reallaşdırılması nəticəsində  bütün növ dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan Elektron Hərrac vasitəsilə özəlləşdirmək mümkündür.

Sosial şəbəkələrin dini təxribat planı

7 Dekabr 2017 14:05

Dünyaya tolerantlıq nümunəsi nümayiş etdirən Azərbaycanda dini təfriqə salmağa cəhd edən qüvvələr yenidən fəallaşıblar. Həmin qüvvələr ənənələrinə sadiq qalaraq dini qarşıdurma “metodunu” sınamaq qərarına gəliblər. Mətbuatda yayılan məlumata görə, Azərbaycan dini mühitində zərərli tendensiya müşahidə olunmağa başlayıb. Lakin hələlik bu tendensiyanın sosial şəbəkələrdə cərəyan edir. Buna baxmayaraq  prosesin özü çox təhlükəli olması və dir hansısa görünməz əllər tərəfindən dəstək verildiyi qeyd edilir.

ABŞ-ın Qüds qərarı

7 Dekabr 2017 14:03

Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüds şəhəri ilə bağlı ortaya qoyduğu mövqe Yaxın Şərqdə onsuz da mövcud olan gərginliyi bir qədər də artırıb. Ağ Evə rəhbərliyə gəldiyi ilk gündən prezidentliyi dövründə Yaxın Şərq problemini həll edəcəyini əminliklə vurğulayan Birləşmiş Ştatlar prezidenti son atmış olduğu addımla, əksinə regionda vəziyyəti daha da drammatikləşdirib. Bir qədər də konkretləşdirsək Tramp bu açıqlaması ilə müsəlman dünyası, İslam coğrafiyasının hədsiz nifrətini qazanıb. Bu nifrət hissi Ankaranın, Tehranın, Vaşinqtonun müttəfiqi olmasına baxmayaraq hətta Ər-Riyadda belə hiss edilməkdədir.

Bakıda quldurluq edən şəxs saxlandı

7 Dekabr 2017 14:00

Xətai rayonunda yerləşən mağazalardan birinə quldurluq niyyəti ilə basqın edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.DİN-in mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, noyabrın 9-da naməlum şəxs qeyd edilən mağazada satıcı işləyən Vahid Quliyevi bıçaqla hədələyərək quldurluq yolu ilə kassadan 420 manat götürərək  hadisə yerindən qaçıb.

Azərbaycanda bu şagirdlərin sayı artdı - 2 dəfə

7 Dekabr 2017 13:56

Son 5 ildə oxu bacarıqları üzrə IV sinfin sonunda yüksək nəticə göstərən azərbaycanlı şagirdlərin sayı 2 dəfə artıb. Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.