Gündəm
Hərbi Əks-Kəşfiyyat İdarəsnin sabiq rəisi həbs edilib
Dekabrın 7-də Polşanın Hərbi Əks-Kəşfiyyat İdarsənin sabiq rəisi general Petr Pıteli Hərbi Polis tərəfindən həps edilib. “Olaylar”ın Türkiyə bürosu xəbər verir ki, general Rusiya xüsusi xidmət oraqnları ilə əməkdaşlıqda ittiham olunur.
2 nəfərdə paraqrip, 1 nəfərdə adenavirus aşkarlandı - XƏBƏRDARLIQ
Havaların soyuması əhali arasında qrip əlamətləri ilə xəstələnmə hallarını artırıb. Xüsusən də, məktəb və bağça yaşlı uşaqlarda əlamətlər daha çox büruzə verir. Hətta bir sıra xüsusiyyətlərinə görə uşaqlar arasında koksaki virusunun yayılması məlumatlarına da rast gəlinib. Son günlər isə uşaqlar və böyüklərdə kəskin öskürək, boğaz ağrısı, temperaturla müşahidə olunan əlamətlər ölkədə qrip təhlükəsinin olması ilə bağlı fikirləri gündəmə gətirib.
Firəngiz Mütəllimova: “Əhd eləmişəm ki, Şuşa alınsın, mədəniyyət evinin qabağında ayaqyalın oynayacam”
Mənim şəhərim, mənim Şuşam alınsın, mədəniyyət evinin qabağında ayaqyalın oynayacağam. Qar da yağsa oynayacağam, yağış da. Əhd eləmişəm...
Rusiyada helikopter qəzaya uğradı
Rusiyanın İrkutsk vilayətində “Evrokopter AC-50” helikopteri qəzaya uğrayıb. Helikopterin Bratsk rayonu ərazisində yoxa çıxdığı bildirilir. Helikopterin tapılması istiqamətində axtarışlara başlanılıb.
HƏMAS İsrailə qarşı 3-cü intifadaya başlayır – Təcili
HƏMAS ərəbləri İsrailə qarşı ayağa qalxmağa səsləyib. Hərəkat ərəbləri Fələstində yeni intifadaya səsləyib.
Ancelina Coli nikahını qorumaq üçün bu yola əl atdı
Ancelina Coli etiraf edib ki, rejissoru olduğu “Dəniz kənarında” filmini Bred Pittlə nikahını qorumaq üçün çəkib. Ancelina Coli 2015-ci ildə lentə alınan film sayəsində ailə həyatlarına bir şans verdiklərini deyib.
Türkiyə Trampa cavab hazırlayır: Qüdsün yerinə Aya Sofya
Trampın Qüds qərarına qarşı olaraq Aya Sofya ibadətə açılmalıdır. Bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Tayyar Tvitter səhifəsində paylaşıb.
Zeytuni üzr tələb etdi: Makron kəllə sümüyünü verir
Paris muzeyində qorunan əlcəzairli üsyançılara məxsus kəllə sümüklərini Əlcəzairə verməyə hazırıq. Bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. “İki ölkə arasındakı əlaqələrin canlanmasını və kəllə sümüklərinin təhvil verilməsini istəyirəm. Bu barədə qəti qərar verəcəyəm”, - Makron bildirib.
“Tarqovı”da şok görüntülər: Sahibinin əlindən çıxan it körpə uşağı parçaladı +18 VİDEO
Xüsusilə şəhərin mərkəzində parklarda it gəzdirən vətəndaşlar çox vaxt təhlükəsizlik qaydalarına riayət etmirlər və itləri buruntaqsız gəzdirirlər. Elə indi təqdim edəcəyimiz görünütlərdə də buruntqasız bir uşağa hücum etdiyini görəcəksiniz. Qaydalara əməl etməyərək buruntqsız it gəzdirən şəxsləri hansı cəza gözləyir? Ümumiyyətlə cərimə olunmamaq üçün hansı qaydalara əməl etmək lazımdır? Mütəxəsisslərin tövsiyylərini eşidək.
Çexiya Qüdslə bağlı qərarını açıqladı
ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra Çexiya da qərarını açıqlayıb. Ölkənin Xarici İşlər Nazirliyi 1967-ci il sərhədləri əsas götürülərək Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib.
Ermənistanda hərbçilər qəzaya düşdülər
Ermənistanda içərisində hərbçilərin olduğu avtomobil qəzaya düşüb. Hadisə bu gün səhər Vanadzor-Dilican avtomobil yolunda baş verib. "Ford" markalı avtomobil hərəkətdə olarkən elektrik dirəyinə çırpılıb, daha sonra kənd evlərindən birinə dəyib. Avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Onların hər ikisi hərbçidir. Yaralılar Vanadzorda hərbi hospitala yerləşdiriliblər. Sürücünün vəziyyəti orta ağır, sərnişin vəziyyəti ağır qiymətləndirilir.
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib
Dekabrın 7-də Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib. İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.
Hakimliyə namizədlərlə uzunmüddətli tədris kursu davam edir
Hazırda növbəti seçim zamanı test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 126 nəfər hakimliyə namizəd Ədliyyə Akademiyasında bir illik nəzəri və təcrübi kurs keçirlər.
Yağışlı hava ilə bağlı sürücülərə növbəti xəbərdarlıq
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almalıdır. Bölmə rəisi qeyd edib ki, sürət həddi minimuma enməlidir və ara məsafəsi normadan artıq saxlanmalıdır.
Salyandakı tükürpədici qətliamın TƏFƏRRÜATI: Qatil ata dörd qızını və arvadını necə öldürüb? (YENİLƏNDİ)
Salyan şəhərinin “Zavod” məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub. Qətliamı törədən şəxs-ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını “ailə münaqişəsi” zəminində öldürdüyünü bildirib.














