Zeytuni üzr tələb etdi: Makron kəllə sümüyünü verir

Paris muzeyində qorunan əlcəzairli üsyançılara məxsus kəllə sümüklərini Əlcəzairə verməyə hazırıq. Bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. “İki ölkə arasındakı əlaqələrin canlanmasını və kəllə sümüklərinin təhvil verilməsini istəyirəm. Bu barədə qəti qərar verəcəyəm”, - Makron bildirib.

Paris muzeyində qorunan əlcəzairli üsyançılara məxsus kəllə sümüklərini Əlcəzairə verməyə hazırıq. Bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. "İki ölkə arasındakı əlaqələrin canlanmasını və kəllə sümüklərinin təhvil verilməsini istəyirəm. Bu barədə qəti qərar verəcəyəm", - Makron bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Əlcəzair mücahidlər naziri Ət-Təyyib Zeytuni Makrondan Fransanın 132 il ərzində Əlcəzairdə törətdiyi cinayətlərə görə üzr istəməsini tələb edib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31