Yağışlı hava ilə bağlı sürücülərə növbəti xəbərdarlıq
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almalıdır. Bölmə rəisi qeyd edib ki, sürət həddi minimuma enməlidir və ara məsafəsi normadan artıq saxlanmalıdır.
7 Dekabr 2017 13:13 SosialBakı şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almalıdır. Bölmə rəisi qeyd edib ki, sürət həddi minimuma enməlidir və ara məsafəsi normadan artıq saxlanmalıdır.
V.Əsədov əlavə edib ki, bütün avtomobillər qış rejiminə hazır olmalıdır: "Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər, qışa tam hazırlıqlı olsunlar". AzVision.az